Icma.az
close
up
RU
Menu

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

“Kontakt Home”da ər arvadını bıçaqladı

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

Əliyevin Zəngəzur mesajı İrəvanı təlaşa saldı: Bakı Ermənistanı Qərbin dəstəyindən də məhrum edir

Əliyevin Zəngəzur mesajı İrəvanı təlaşa saldı: Bakı Ermənistanı Qərbin dəstəyindən də məhrum edir

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmaq üzrədir, belə vəziyyətdə Zəngəzur dəhlizinin açılması prosesində rəsmi İrəvanın mövqeyi heç kimi maraqlandırmaz... Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil, bu haldasa, rəsmi İrəvan Türk İttifaqının bütün şərtlərini qəbul etməyə məcbur olacaq...

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, Cənubi Qafqazı yeni inkişaf mərhələsinə keçirə biləcək önəmli geoiqtisadi layihənin icrasına artıq prinsipial qərar verib. Azərbaycan həmin prinsipial və qətiyyətli qərarın müəllifidir. Ermənistan isə həmin qərarın məcburi icraçısı olmağa məcburdur. Cənubi Qafqazda geopolitik və geoiqtisadi maraqları olan dünya dövlətləri isə rəsmi Bakının müəllifi olduğu yeni regional layihənin ən yaxşı halda, iştirakçısı olmaq üçün bir-biriylə rəqabət aparmalı olacaqlar. Və bu, Azərbaycanın regionda şəriksiz geopolitik iradə mərkəzi olduğunu növbəti dəfə birmənalı şəkildə təsdiqləyir.

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakının reallaşdırmaqda qərarlı olduğu geoiqtisadi layihənin açıq mesajı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən artıq bütün dünyaya çatdırılıb. Belə ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılmasının vacibliyini və bu nəqliyyat-kommunikasiya xəttinin istənilən halda, mütləq açılacağını bildirib. Azərbaycan lideri onu da vurğulayıb ki, qarşı tərəf, yəni, Ermənistan bunu anlasa, daha yaxşı olar: “Çünki indiki situasiya qəbuledilməzdir”.  

Prezident İlham Əliyev bildirib ki, Naxçıvan Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Azərbaycan isə Naxçıvan istiqamətində dolayısı marşrutlardan istifadə etmək niyyətində deyil. Üstəlik, Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmada Zəngəzur dəhlizi ilə bağlı ayrıca bənd mövcuddur və rəsmi İrəvan hələ də öz üzərinə götürdüyü bu öhdəliyi yerinə yetirməkdən yayınmağa çalışır. Ona görə də, Azərbaycan lideri Ermənistan tərəfinə mövcud vəziyyəti mütləq nəzərə almağı məsləhət görüb.

Digər tərəfdən, Prezident İlham Əliyev Ermənistana xəbərdarlıq mesajı da verib. Azərbaycan lideri eyham vurub ki, Ermənistan rəsmi Bakını bu məsələ ilə bağlı qıcıqlandırmasa, daha yaxşı olar. Çünki rəsmi İrəvan anlamalıdır ki, Azərbaycana Cənubi Qafqazda şəriksiz  geopolitik iradə sahibidir. Bu, o deməkdir ki, rəsmi Bakının Zəngəzur dəhlizinin açılmasına törədilən əngəllərlə bağlı səbri artıq tükənmək üzrədir. Və Azərbaycan hər an daha radikal reaksiya ilə Ermənistanı öz öhdəliklərini icra etməyə məcbur buraxmaq qərarı da verə bilər.

Belə anlaşılır ki, Ermənistana verilmiş vaxt böyük sürətlə sona çatmağa başlayıb. Ona görə də, indi zamanın Ermənistan əleyhinə işlədiyi qətiyyən şübhə doğurmur. Rəsmi İrəvan Azərbaycanın səbri tükəndiyi təqdirdə, Ermənistanın hansı ağır nəticələrlə üzləşdiyini artıq bir neçə dəfə sınaqdan keçirib. Rəsmi Bakının sərt və prinsipial mövqeyi onu göstərir ki, Azərbaycanın növbəti dəfə radikal metodlarla hərəkətə gəlməsi Ermənistana əvvəlkilərdən daha baha başa gələ bilər. Və indi Paşinyan hakimiyyəti Ermənistanı ən arzuolunmaz hərbi-siyasi situasiyadan yayındırmaq üçün birmənalı şəkildə praqmatik davranmaq məcburiyyətindədir.

Paşinyan hakimiyyəti onu da nəzərə almalıdır ki, hazırda qlobal proseslər də Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Belə ki, Ermənistanın beynəlxalq himayədarları olduqca ciddi qlobal problemlərlə üzləşməkdədir. Məsələn, Ermənistana xüsusi dəstək verən ölkələrin sırasında yer alan Kanadada siyasi böhran yaşanır, hakimiyyət dəyişikliyi prosesinə də start verilib. Eyni zamanda, Ağ Evin yeni sahibi Donald Tramp Kanadanı ABŞ-ın tərkibinə qatmaqla hədələyir. Və belə vəziyyətdə Kanadanın Ermənistanı deyil, məhz özünü qorumaq barədə düşünməkdən başqa çarəsi yoxdur.

Digər tərəfdən, Ermənistanın əsas beynəlxalq himayədarı və silah-sursat tədarükçüsü Fransa da ölkədaxili siyasi-iqtisadi böhranla mübarizə aparır. Makron hakimiyyətinə qarşı daxili etiraz dalğası güclənməkdə davam edir. Ermənistanı hər imkanda himayə edən prezident Emmanuel Makronun öz səlahiyyət müddətini sona çatdıra biləcəyi də artıq ciddi şübhələr doğurmağa başlayıb. Fransanın Afrika qitəsindən qovulması, rəsmi Parisin beynəlxalq nüfuzunun aşağı düşməsi də Ermənistanı bu dövlətin dəstəyindən məhrum buraxa biləcək faktordur.

Ermənistanı himayə etməklə diqqəti çəkən Rusiya və İranın isə Suriyada məğlub olduqdan sonra Cənubi Qafqaza da təsir imkanları məhdudlaşmağa başlayıb. Kreml indi daha çox zəifləmiş Rusiyanı Ukraynada düşdüyü “savaş bataqlığı”ndan çıxartmağın yollarını axtarır. İran isə bundan sonra Azərbaycanın geopolitik maraqlarına daha ehtiyatlı və həssas yanaşmaq məcburiyyətindədir. Və İranın bundan sonra Zəngəzur dəhlizinin açılması prosesinə əvvəlki kimi sərt müqavimət göstərə biləcəyi artıq o qədər də inandırıcı görünmür.

Nəhayət, ABŞ-da hakimiyyətin dəyişməsi də Ermənistan üçün geopolitik problem vəd edir. Belə ki, ermənipərəst Bayden administrasiyası Ermənistanı hərtərəfli himayə etməklə yanaşı, Azərbaycana da təzyiq göstərməyə çalışırdı. Ancaq Tramp administrasiyasının Cənubi Qafqaz siyasətində Ermənistanın arxa plana itələnə biləcəyi qətiyyən istisna deyil.

Çünki Tramp administrasiyası İrana qarşı radikal mövqe tutmaq niyyətini gizlətmir və ABŞ-ın Cənubi Qafqazda Azərbaycana ehtiyac duyacağı artıq indidən nəzərə çarpır. Bu baxımdan, Tramp administrasiyası dönəmində ABŞ-ın Cənubi Qafqazda strateji regional tərəfdaş olaraq, Ermənistana deyil, məhz Azərbaycana üstünlük verə biləcəyi qətiyyən istisna deyil.

Göründüyü son vaxtlara qədər ABŞ, Avropa Birliyi, Fransa və İran tərəfindən ciddi şəkildə himayə olunan Ermənistanın xarici dəstək qaynaqları tədricən qapanmağa başlayıb. Belə vəziyyətdə Zəngəzur dəhlizinin açılmasında ortaq maraqları olan Azərbaycan və Türkiyənin Ermənistanın mövqeyinə əhəmiyyət verəcəyinə inanmaq çətindir. Böyük ehtimalla rəsmi İrəvana güclü təzyiq göstəriləcək və Ermənistan üçtərəfli anlaşmada Zəngəzur dəhlzinin açılmasına yönəlik üzərinə götürdüyü öhdəliyin icrasına məcbur buraxılacaq. Və Prezident İlham Əliyevin son xəbərdarlıq mesajından təlaşa düşən rəsmi İrəvan Azərbaycan-Türkiyə İttifaqının sərt təzyiqləri ilə Zəngəzur dəhlizinin açılması ilə bağlı bütün şərtləri yerinə yetirmək məcburiyyətində qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 Yanvar 2025 20:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see398

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see385

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see333

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see297

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see297

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see289

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see245

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see228

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see225

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see209

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see203

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see172

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see168

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see144

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see137

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see132

DTX onların izinə düşüb Bakıda keçirilən gizli toplantılarda hansı plan qurulub?

02 Dekabr 2025 19:44see130

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see129

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see125

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri