Icma.az
close
up
RU
Əliyevlə Pezeşkianın Çində ana dilində danışmasına reaksiya: Bu video...

Əliyevlə Pezeşkianın Çində ana dilində danışmasına reaksiya: Bu video...

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın Azərbaycan dilində danışdığı görüntü qısa zamanda sosial şəbəkədə rezonans doğurdu. Bu, təkcə protokol jesti deyil, həm də dərin simvolik məna daşıyır. Pezeşkianın anadilli azərbaycanlı olması uzun illər Tehran-Bakı münasibətlərində bir növ gizli “emosional körpü” kimi qalmışdı. İndi isə bu körpünün açıq şəkildə görünməsi, dövlət başçıları arasında ünsiyyətin doğma dildə qurulması həm ictimaiyyətin diqqətini çəkdi, həm də region siyasətinə dair incə bir mesaj kimi oxundu".

Bu fikirləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkianın Çində Azərbaycan dilində danışdığı videogörüntüdən danışarkən bildirdi.

"Əslində, bu an kənardan sadə görünə bilər. İki liderin bir neçə cümləlik dialoqu kimi də qiymətləndirilə bilər. Amma mahiyyət etibarilə İranın yeni rəhbərliyinin Bakıya yaxınlaşma iradəsini göstərir. Azərbaycan üçün də bu, həm regional həmrəyliyin, həm də qarşılıqlı etimadın möhkəmlənməsi baxımından əhəmiyyətlidir. Sosial şəbəkələrdə marağın səbəbi isə xalqın emosional identiklik hissi ilə bağlıdır. Dövlət başçılarının bizim dilimizdə danışması millətin yaddaşında isti bir iz buraxır. Qısası, bu video diplomatiyanın yumşaq gücünün necə işlədiyinə yaxşı bir nümunədir. Bir neçə dəqiqəlik doğma dildə danışıq, sərt geosiyasi mövzuları yumşaldan, xalqlar arasında yaxınlıq mesajı verən simvolik jestdir", - deyə politoloq əlavə etdi.

Xədicə BAXIŞLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:60
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see155

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see134

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see133

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri