Icma.az
close
up
RU
Ellər uzadacaq şair ömrünü! Təranə Yaqubqızı

Ellər uzadacaq şair ömrünü! Təranə Yaqubqızı

Icma.az, Kulis.az saytına istinadən bildirir.

Məsəl var: "Bir dəli bir quyuya daş atıb, yüz ağıllı yığışıb çıxartmağa çalışır". Yox, deyəsən, səhv elədim. Bu dəfə daş quyuya atılmayıb, daşı dünyasını keçən əsrdə dəyişmiş böyük şairimizə atmaq istəyiblər, özü də zaman-zaman. Ancaq bir həqiqəti anlamırlar ki, şairin dayandığı zirvəyə daş çatmır və onları zavallı Sizifin aqibəti gözləyir.

Fikirləşirəm ki, görəsən Yusif və Vaqif Səmədoğlular sağ olsaydılar, yenə də bu əcaib hücumlar olardımı?

Axı belə olmaz. Birincisi, adam haqq dünyasındadır, ağlımız kəsəndən ağsaqqallardan eşitmişik ki, ölən adamın arxasınca danışmaq olmaz. Amma görün hansı zəmanəyə gəlmişik ki, ağsaqqalın özü ölənin arxasınca danışır. İkincisi, imam Əlinin sözüdür, uşaqlar ata-analarından çox öz zəmanələrinə oxşayırlar. Səməd Vurğun bəy nəslindən olsa da, könüllü olaraq komsomol sıralarında mübarizə aparan və bununla özünü xoşbəxt sayan zəmanə övladı idi. Üçüncüsü, gözəl şairimiz Cabir Novruzun arzuladığı kimi, nə yaxşı ki, sağlığında qiymətini almışdı - Azərbaycanın ilk xalq şairi idi!

Tələbə vaxtı akademiyanın ədəbiyyat institutunda Səməd Vurğunun xatirəsinə həsr olunmuş tədbirə dəvət olunmuşduq. İnstitutun bizdən yaşca xeyli böyük olan bir neçə qadın əməkdaşı məni xüsusi hörmətlə qarşılayanda çox təəccüblənmişdim. Sən demə, onlar məni Səməd Vurğunun nəvəsinə oxşatmışdılar. İllər sonra fikirləşirəm ki, bu, böyük şairimizə olan xalq məhəbbətinin göstəricisi imiş və mən bugünün özündə Səməd Vurğunu doğma babam kimi sevirəm. Mənə elə gəlir ki, şairin istedadına və şöhrətinə paxıllıq edib ona böhtan atanlar onu sevənləri çox məyus edir. Heç olmasa, Vidadi Babanlının " Gizlinlər" romanını oxuyub zamanla bağlı həqiqətləri oradan öyrənəydilər.

İşimlə əlaqədar müntəzəm olaraq o zamankı qəzetlərə göz gəzdirəndə Səməd Vurğunun partiyaya, Stalinə, Mircəfər Bağırova həsr etdiyi şeirlər diqqətimi cəlb edir. Bu elə bir zaman idi ki, hamı kommunizmə inanır, partiyanı tərənnüm edirdi. Amma axı Səməd Vurğun həm də "Azərbaycan" şeirini yazıb, yazıb yox, yaradıb! Uşaqdan-böyüyəcən hər bir azərbaycanlının sevə-sevə əzbərlədiyi şeir!

Təkcə bu şeiri yazsaydı belə, Səməd Vurğun xalqın sevimlisi olaraq qalacaqdı. Onu hamı sevirdi. Şairə həsr olunmuş kitabların birində oxumuşam ki, bir dəfə dostları ilə yolu bir dağ kəndinə düşübmüş. Rast gəldiyi çobandan onlara bir qoyun satmağını xahiş edir. Çoban razılıq vermir. Şair nə qədər dil töksə də, çoban inadla dediyinin üstə durur. Şair dilxor olub getmək istəyəndə çoban yapıncının altından onun şeir kitabını çıxarıb göstərir və deyir:

- Şair, mən qoyunu sənə satmaram, amma bütün sürünü ayağının altında qurban kəsərəm.

Səməd Vurğun zirvəsinə daş atmaq istəyənlər bilsinlər ki, vaxtilə ölməz şairimizin böyük uzaqgörənliklə yazdığı kimi, "Ellər uzadacaq şair ömrünü!"

Bir şeyə təəssüf edirəm ki, qızılgülün ətrini duymayıb onun tikanlarını görən adamlarla bir dövrdə yaşayırıq. Yaxşı ki, il 1937 deyil!

Bir də onu demək istyirəm ki, kitabxanaların boş olduğunu iddia edən filosof yazıçımız səhhəti və vaxtı imkan versə, Milli Kitabxanaya təşrif buyursun və oxuyan gəncliyimizi öz gözləriylə görsün.

Müəllifi olduğu "Müdriklik məbədi"ni şəxsən özüm gün ərzində fəlsəfə ilə maraqlanan oxucularımıza tövsiyə edirəm.

Amma insaf da yaxşı şeydi!

"Zübük" filmi yenidən çəkiləcək - Baş rolu kim oynayacaq? Milli mətbuatın 150 illiyi yubiley medalı təsis edilir Fəxrəddin Manafov “Türk dünyasının ən yaxşı teatr aktyoru” adına layiq görülüb
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://kulis.az
archiveBu xəbər 06 Fevral 2025 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see437

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see251

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see242

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see234

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see225

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see222

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see221

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see218

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see214

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see210

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see202

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see200

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see199

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see197

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see195

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see191

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see190

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see188

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see185

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri