Əlləri cibində maşın yolunu parka çevirən piyada təhlükə saçdı VİDEO
Icma.az, Avtosfer portalına istinadən məlumat verir.
Paytaxtın Mikayıl Müşfiq küçəsi ilə Mətbuat prospektinin kəsişməsində yol hərəkəti qaydalarını pozan piyada avtomobilin kamerasına düşüb.
Avtosfer.az-ın məlumatına görə, hadisə bir müddət əvvəl axşam saatlarında qeydə alınıb. Kadrlardan göründüyü kimi, piyada yolu təyin olunmamış yerdən keçərək sürücünün hərəkətini məhdudlaşdırıb və təhlükəli vəziyyət yaradıb. Belə ki, o, yolun hərəkət hissəsində qalaraq sürücünün etdiyi xəbərdarlıqlara məhəl qoymayıb və kənara çəkilməyib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, piyadalar yalnız onlar üçün nəzərdə tutulmuş keçidlərdən istifadə etməli, hərəkət hissəsinə səbəbsiz çıxmamalı və nəqliyyat vasitələrinin hərəkətinə mane olmamalıdırlar. Bu tələblərə əməl edilməməsi həm piyadaların öz həyatı, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün ciddi risk yaradır.
Nərmin
Oxunub 16
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 16 Yanvar 2026 14:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















