Icma.az
close
up
RU
Əlləri yumaq üçün hansı daha yaxşıdır bərk sabun, yoxsa maye?

Əlləri yumaq üçün hansı daha yaxşıdır bərk sabun, yoxsa maye?

Icma.az bildirir, Lent az portalına istinadən.

Gündəlik həyatda əllərimizi dəfələrlə yuyur, şəxsi gigiyenanın ən vacib addımlarından birini sabunla həyata keçiririk. Ancaq çoxlarının ağlını məşğul edən bir sual var: bərk sabun daha yaxşıdır, yoxsa maye sabun? Hansı əlləri daha yaxşı təmizləyir, hansı isə dəri sağlamlığı üçün daha faydalıdır? Gəlin hər iki variantın üstünlüklərinə və çatışmazlıqlarına nəzər salaq.

Lent.az bu iki sabun fərqini təqdim edir:

Bərk sabun: Təbii tərkib və effektiv təmizlik

Ənənəvi bərk sabunlar, xüsusilə təbii tərkibli məhsullara üstünlük verənlərin seçimidir.

Daha az kimyəvi maddə ehtiva edir

Bərk sabunların tərkibində adətən maye sabunlarla müqayisədə daha az konservant, paraben və süni rəngləndirici olur. Zeytun yağı, keçi südü və ya dəfnə yağı kimi təbii komponentlərlə hazırlanan məhsullar dəri üçün daha yumşaq hesab edilir.

Ekoloji baxımdan üstünlük təşkil edir

Bərk sabun plastik qablaşdırmaya ehtiyac duymadığı üçün daha az tullantı yaradır və ətraf mühitə daha az təsir göstərir.

Təbii qliserini qoruyur

Ənənəvi üsulla hazırlanan bəzi bərk sabunlar istehsal zamanı yaranan təbii qliserini saxlayır. Bu isə dərinin nəm balansını qorumağa kömək edir.

Mənfi cəhətləri

Bərk sabunların pH səviyyəsi insan dərisinin təbii pH göstəricisindən yüksək ola bilər. Bu səbəbdən tez-tez istifadə zamanı əllərdə quruluq, qabıqlanma və çatlar yarana bilər. Bundan əlavə, ictimai yerlərdə istifadə olunan bərk sabunların səthində mikroorqanizmlər qala bilər. Buna görə də ortaq istifadədə gigiyena baxımından maye sabun daha təhlükəsiz hesab olunur.

Maye sabun: Rahat istifadə və nəmləndirici təsir

Maye sabunlar istifadəsinin rahatlığı və zəngin tərkibi ilə son illərdə daha geniş yayılıb.

Dərinin pH səviyyəsinə daha uyğundur

Bir çox maye sabun insan dərisinin təbii pH balansına uyğun hazırlanır. Bu da əllərin daha az qurumasına səbəb olur.

Nəmləndirici maddələrlə zəngindir

Maye sabunların tərkibində tez-tez qliserin, aloe vera, təbii yağlar və nəmləndirici komponentlər olur. Bu maddələr dərinin qoruyucu qatını dəstəkləyir və tez-tez əl yuyan insanlar üçün əlavə rahatlıq yaradır.

Gigiyenik istifadəyə imkan verir

Nasoslu qablaşdırma sayəsində sabuna yalnız istifadə edən şəxs toxunur. Bu isə çarpaz çirklənmə riskini minimuma endirir.

Mənfi cəhətləri

Maye sabunların uzun müddət xarab olmaması üçün onların tərkibinə daha çox konservant, stabilizator, ətir və digər sintetik maddələr əlavə oluna bilər. Həssas və allergiyaya meyilli dəridə bu komponentlər qıcıqlanmaya səbəb ola bilər.

Bakteriyaları təmizləmək baxımından hansı daha effektivdir?

Elmi araşdırmalar göstərir ki, bakteriya və virusların əllərdən uzaqlaşdırılması baxımından bərk sabunla maye sabun arasında ciddi fərq yoxdur. Hər iki növ sabun mikroorqanizmlərin qoruyucu yağ qatını parçalayaraq onların su ilə yuyulmasını təmin edir. Mütəxəssislərin fikrincə, əsas məsələ sabunun növü deyil, əllərin düzgün yuyulmasıdır. Əllər ən azı 20 saniyə ərzində, ovuclardan tutmuş barmaq aralarına, dırnaqların altına və baş barmağa qədər bütün nahiyələr ovuşdurularaq yuyulmalıdır.

Hansını seçmək daha məqsədəuyğundur?

Əgər dəriniz quru, həssas və ya tez çatlayırsa, nəmləndirici tərkibli, dəriyə uyğun pH səviyyəsinə malik maye sabunlar və ya aşağı pH göstəricili, qliserinlə zəngin "sindet" (sabunsuz təmizləyici) məhsullar daha uyğun seçim ola bilər. Əgər ekzema, psoriaz və ya digər dəri xəstəlikləriniz varsa, ətirsiz, rəngləndiricisiz, zeytun yağı və ya dəfnə yağı əsasında hazırlanan təbii bərk sabunlardan istifadə etmək daha faydalı ola bilər. Qonaq tualetləri, iş yerləri və digər ortaq istifadə olunan məkanlarda isə gigiyena baxımından nasoslu maye sabunlardan istifadə etmək daha məqsədəuyğun hesab edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:158
embedMənbə:https://lent.az
archiveBu xəbər 19 İyun 2026 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri