Əllərimiz tətiyin üzərində qalacaq Pezeşkian və spiker İsraili hədələdi
Unikal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"İsrailin Livana qarşı yenidən təcavüzü ilkin atəşkəs razılaşmasının açıq şəkildə pozulmasıdır".
"Unikal" xəbər verir ki, bunu İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian açıqlayıb.
"Bu, aldatmanın və potensial razılaşmalara əməl edilməməsinin təhlükəli əlamətidir. Bu hərəkətlərin davam etdirilməsi danışıqları mənasız edəcək və əllərimiz tətiyin üzərində qalacaq", - deyə o X sosial şəbəkəsində yazıb.
İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf da oxşar açıqlama verib. O, İsrailin Livana hücumlarına toxunaraq yazıb: "Atəşkəsin pozulması müəyyən xərclərə və sərt reaksiyalara səbəb olacaq. Atəşi dərhal dayandırın!
İslam Respublikasının müttəfiqləri olaraq, Livan və bütün müqavimət oxu atəşkəsin ayrılmaz hissəsini təşkil edir. Baş nazir Şahbaz Şərif Livan məsələsini açıq şəkildə vurğulamışdı. İnkar və ya geri çəkilməyə yer yoxdur".
Ağarza Elçinoğlu
Baxış sayı:131
Bu xəbər 09 Aprel 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















