Icma.az
close
up
RU
Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur HƏKİM RƏYİ

Əllərin əsməsi bu xəstəliyin ilk simptomudur HƏKİM RƏYİ

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik.

Bu, bəzən cavan insanlarda da müşahidə edilir. Amerikalı mütəxəssislər bunun təsadüfi və ya yaşla əlaqəli deyil, məhz "Parkinson" xəstəliyinin simptomu olduğunu düşünürlər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər.

Publika.Az xəbər verir ki, həkimlər bildirir ki, əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilir. Lakin bu, kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir.

Fizioloji titrəmə adlandırılan tremor titrəməni yaradan və gücləndirən səbəblər isə əksər hallarda stress və hormonal dərmanlardır. Həkimlər insanları sağlam həyat tərzi yaşamağa dəvət edir.

İlkin simptomlara - yorğunluq, həyəcan və s . daxildir. Belə ki, normal istirahət etmədən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir. Bəzən bunu yuxudan "kal" durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə həkimə müraciət edin.

Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışır. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır.

Stress, həyəcan özü də psixoloji təsir edərək əsmə yarada bilir. Bundan başqa, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.

Həkimlər yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini deyir. Əllər dinc vəziyyətdə əsmirsə, lakin hərəkət zamanı (yazı yazarkən, əldə hər hansı obyekt tutarkən) əsməyə başlayırsa həkimə müraciət etmək lazımdır.

Parkinson titrəməsi bəzən əllərin hərkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər. Emosionallıqları nisbətən azalır. İstənilən halda yaxşı olardı ki, əl titrəməsi zamanı bir kurs nevropotoloq nəzarəti altında müalicə təyin edilsin.

Saglamolun.Az


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:304
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 04:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri