Elliot Anderson uğrunda nəhənglərin savaşı: Çelsi də yarışa qoşuldu
Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
"Nottingem Forest"in parlayan ulduzu Elliot Anderson yay transfer pəncərəsinin ən çox axtarılan simalarından birinə çevrilib.
Fanat.Az xəbər verir ki, Londonun "Çelsi" klubu yarımmüdafiə xəttini gücləndirmək üçün gənc ingilis futbolçunu əsas hədəf seçib. İnsayder Ben Yakobsun məlumatına görə, "zadəganlar" Anderson uğrunda mübarizədə "Mançester Yunayted" və "Mançester Siti" kimi nəhənglərlə rəqabət aparmalı olacaqlar.
London təmsilçisi artıq oyunçunun transfer şərtləri ilə bağlı ilkin araşdırmalara başlayıb. Andersonun hazırkı performans səviyyəsi və potensialı onun transfer dəyərinin 100 milyon funt-sterlinqə qədər yüksələ biləcəyi barədə ehtimalları artırır.
"Nottingem Forest" öz yetirməsini asanlıqla buraxmaq niyyətində deyil və bu, danışıqlar prosesinin gərgin keçəcəyindən xəbər verir.
Kamil Xudiyev
Baxış sayı:85
Bu xəbər 21 Yanvar 2026 21:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















