Elm adamlarından qorxulu xəbərdarlıq: Qiyamət yaxınlaşır
Icma.az, Publika.az portalına istinadən məlumatı açıqlayır.
Antarktidadakı “Thwaites Glacier” (Qiyamət Glacier) ilə bağlı yeni araşdırmalar qlobal istiləşmə fonunda buzlaqların əriməsini dayandırmaq üçün müxtəlif həll yollarının nəzərdən keçirilməsini gündəmə gətirib.
Publika.az xəbər verir ki, “Thwaites” altında dövr edən isti gelgit cərəyanları buzlaqları gözləniləndən daha sürətli əridir. Bu cərəyanlar buzlağın əriməsini və geri çəkilməsini sürətləndirərək qlobal dəniz səviyyəsinin qalxmasına səbəb olur.
“Thwaites” buzlağı hazırda qlobal dəniz səviyyəsinin qalxmasının 4%-ni təşkil edir və hər il 50 milyard ton buz itirir.
Digər tərəfdən, “Thwaites” buzlağının tamamilə dağılmasının qarşısının alına biləcəyini göstərən perspektivli bir araşdırma da var. Dartmut Kolleci və Edinburq Universiteti tərəfindən aparılan araşdırma buzlağın əvvəllər düşünüldüyü kimi dəniz buzunun qeyri-sabitliyinə (MICI) məruz qalmadığını göstərir. MICI nəzəriyyəsinə görə, dik yamaclar geri çəkildikdə dəniz buzu sürətlə çökür və yüksək, kövrək buz yamacları əmələ gətirir. Lakin bu yeni araşdırma göstərir ki, “Thwaites” incəlməsi əslində bu cür çökmələri yavaşlada bilər.
“Thwaites”in gələcəyi qeyri-müəyyən qalsa da, bəzi elm adamları buzlaqın əriməsini yavaşlatmaq və ya dayandırmaq üçün əvvəllər düşünülməmiş ekoloji müdaxilələri gündəmə gətirirlər.
Nəticədə “Thwaites” buzlağının əriməsi və qlobal dəniz səviyyəsinin sürətlə yüksəlməsi təhlükəsi bütün dünyada milyonlarla insana təsir edə biləcək bir ssenarini gündəmə gətirir.
Aysel Şahmar
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 16 Noyabr 2024 16:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















