Icma.az
close
up
RU
Elm də sübut etdi: Nəvələrinə baxan nənə və babalar daha uzun ömür yaşayırlar

Elm də sübut etdi: Nəvələrinə baxan nənə və babalar daha uzun ömür yaşayırlar

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Elm, təcrübənin haqlı olduğunu göstərdi. Həqiqətən də övlad badəmdırsa, nəvənin də badəm içi olduğu təsdiqləndi.

Sherg.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərindəki Emory Universitetində aparılan araşdırma, nənə-nəvə arasında xüsusi və dərin bir bağın mövcud olduğunu göstərdi.

Türkiyəli professor Melike Tümerin verdiyi məlumata görə, araşdırmada 3-12 yaş arasında ən az bir bioloji nəvəsi olan təxminən 50 nənənin beyin funksiyaları ölçülüb. Bu məqsədlə funksional maqnit-rezonans görüntüləmə (fMRI) istifadə olunub.

Duyğusal empati aktivləşir

Araşdırmada nənələr nəvələrinin, öz övladlarının, tanımadıqları uşaqların və yetkinlərin şəkillərinə baxarkən beyin fəaliyyətləri izlənilib. Nəticələr göstərdi ki, nənələr nəvələrinin şəkillərinə baxarkən, duyğusal empati ilə əlaqəli beyin bölgələri aktivləşir. Yəni nənələr, başqasının hisslərini hiss etmək qabiliyyətini işə salırlar.

Öncəki araşdırmalar göstərmişdi ki, atalar öz övladlarının şəkillərinə baxanda da bəzi beyin bölgələri aktivləşir, lakin nənələrdə bu aktivlik həm duyğusal empati, həm də motivasiya və mükafat ilə əlaqəli bölgələrdə daha güclü olur.

Nənələr genlərin davamlılığını təmin edir

Antropoloqlar qeyd edirlər ki, insanların digər primatlarla fərqliliklərindən biri də övladları yetişdirmə üsuludur. Digər böyük meymunlar öz balalarını təkbaşına böyütmək məcburiyyətində qalır, insan nənələri isə gələcək nəsillərə dəstək verərək genlərin davamlılığını təmin edir.

1980-90-cı illərdə Kristen Havkes və tədqiqatçı qrupu “böyük nənə hipotezi”ni ortaya qoymuşdu. Hipotezə görə, nəsil vermə yaşını keçmiş insan qadınları nəvələrinə baxmaqla həm genlərin ötürülməsinə, həm də ailəyə dəstək olur.

Ömrü uzadır

Araşdırmalar göstərir ki, nəvələrinə baxan nənə və babalar daha uzun ömür yaşayırlar. Almaniyada 70 yaş və üzəri 500-dən çox şəxsin məlumatları əsasında aparılan tədqiqatda, nəvələrinə və ya başqalarına baxan yaşlıların ölüm riskinin baxım təmin etməyənlərə nisbətən 37% daha az olduğu müəyyən edilib.

Beləliklə, nənə-nəvə əlaqəsi qarşılıqlı fayda təmin edir: nəvə sevgi və diqqəti tam alır, nənə isə həyatda məqsəd və mənalı fəaliyyət tapır, ömrünü uzadır.

Cambridge Universitetində aparılan araşdırma göstərir ki, nənə və babalarla nəvələrə oxumaq, lego oynamaq, parkda oyunlar keçirmək həm yaşlıların, həm də uşaqların əqli bacarıqlarını, ruh halını və sağlamlığını yaxşılaşdırır. Oyunlar həm də ailəyə mədəni dəyərlərin ötürülməsini təmin edir.

Nəticə olaraq, nəvə sevgisi yalnız genlərin davamını deyil, həm də qəlblərin sağalmasını təmin edir. Elm də bunu təsdiqləyir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://sherg.az
archiveBu xəbər 30 Mart 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri