Icma.az
close
up
RU
Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir

Elm dünyası təsdiqlədi: Quş qripi ev heyvanlarından insana keçə bilir

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-dan gələn son hesabatlar quş qripinin bioloji sərhədlərini bir daha genişləndirdiyini göstərir. 

Ölkə.az xəbər verir ki, Los-Ancelesdə bir baytar klinikası əməkdaşının xəstə pişikdən virusa yoluxması, H5N1-in ev heyvanları vasitəsilə insanlara keçə bildiyini təsdiqləyən ilk rəsmi hal kimi qeydə alınıb.

Təbii qidalanma meylləri son illərdə populyarlıq qazansa da, ev heyvanlarına təqdim edilən çiy qidalar gözlənilməz sağlamlıq risklərini də gündəmə gətirir. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) hazırladığı yeni hesabat bu vəziyyətin yalnız heyvanları deyil, birbaşa insanları da təhdid etdiyini ortaya qoyub.

Uzun müddətdir elmi müzakirə mövzusu olan "quş qripi pişikdən insana keçə bilərmi?” sualı bu hadisə ilə rəsmi cavabını tapmış olub. Prosesin mərkəzində 2024-cü ilin sonlarında Los-Ancelesdə ağır simptomlarla klinikaya gətirilən bir ev pişiyi dayanır. Görmə itkisi, halsızlıq və ciddi nəfəs darlığı müşahidə edilən bu pişiyin çiy ət və işlənməmiş süd əsaslı qidalanma rejimi ilə bəsləndiyi müəyyən edilib. Aparılan testlər H5N1 virusunu göstərib və eyni dövrdə oxşar qidalanma vərdişlərinə malik 19 pişiyin daha xəstələndiyi, onların bir hissəsinin isə öldüyü qeydə alınıb.

Ən kritik mərhələ isə heyvanla təmasda olan şəxslər üzərində aparılan araşdırmalar zamanı üzə çıxıb. Yoluxmuş pişiklə təmas edən 139 nəfər izlənərkən, bir baytar əməkdaşının qanında H5N1 antikorları aşkarlanıb. Bu şəxsin yeganə riskli davranışı qoruyucu vasitə olmadan xəstə pişiklə işləməsi və heyvanın bədən mayeləri ilə təmasda olması olub. Quşlar və ya təsərrüfat heyvanları ilə heç bir əlaqəsi olmayan bu şəxs, virusun pişikdən insana keçməsinin ilk güclü sübutu kimi qiymətləndirilir.

H5N1 virusu 1959-cu ildən bu yana ciddi dəyişikliklər keçirərək müxtəlif məməli növlərinə, o cümlədən su samurlarından qütb ayılarına qədər yayılıb. Bununla belə, son hallarda virusun insanlarda yaratdığı təsirin nisbətən yüngül olduğu bildirilir. Antikor aşkarlanan baytar əməkdaşının xəstəliyi simptomsuz keçirməsi buna nümunə göstərilir. 2024-cü ilin əvvəlindən bəri dünyada qeydə alınan 71 haldan yalnız ikisinin ölümcül nəticələnməsi virusun ölümcüllüyünün azaldığına dair ümidverici göstərici kimi qiymətləndirilir.

Alimlər bu mərhələdə əsas risk faktorunun "çiy qidalanma” olduğunu vurğulayır. Virus yüksək temperaturda məhv olduğu üçün qidaların bişirilməsi yoluxma riskini tamamilə aradan qaldıra bilir. Ev heyvanlarının insanlarla yaxın təması nəzərə alındıqda, pişiklərdə və digər evcil heyvanlarda qəfil tənəffüs problemlərinin ciddi qəbul edilməsi tövsiyə olunur. Mütəxəssislər hazırkı mərhələdə təhlükəsiz qidalanma üsullarının seçilməsini ən effektiv qorunma yolu kimi qiymətləndirir.(qaynarinfo)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:173
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 May 2026 08:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see425

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see395

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see383

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see300

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see287

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see280

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see280

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see275

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see268

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see264

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see247

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see241

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see240

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see237

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see236

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see236

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see235

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see233

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see230

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri