Icma.az
close
up
RU
Elm dünyasında yeni mübahisə: Yonaquni abidəsi itmiş qitənin izidir?

Elm dünyasında yeni mübahisə: Yonaquni abidəsi itmiş qitənin izidir?

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Təxminən 25 metr dərinlikdə, dəniz səviyyəsinin altında yerləşən nəhəng daş quruluş müasir arxeologiya və geologiya çevrələrində ciddi mübahisələrə yol açıb. Bu struktura itmiş bir sivilizasiyanın qalıqları kimi baxanlar var. Lakin bəzi alimlər daha fərqli və maraqlı bir ehtimala diqqət çəkirlər.

Yonaquni abidəsi: Sualtı arxeologiyanın yeni müəmması

Turkustan.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Tayvan sahillərində, Yaponiyanın Ryuçu adaları yaxınlığında yerləşən və suyun 25 metr dərinliyində olan nəhəng daş quruluş elm dünyasında böyük mübahisələr doğurub. Yonaquni abidəsi adlandırılan bu formalaşmanın təbii proseslər nəticəsindəmi, yoxsa qədim bir sivilizasiya tərəfindənmi yaradıldığı hələ də aydın deyil.

1986-cı ildə yerli bir dalğıc tərəfindən təsadüfən kəşf edilən bu quruluş, elə ilk andan etibarən alimlərin diqqətini cəlb edib. Nəhəng pillələri, düz səthləri, kəskin bucaqlı kənarları və aydın həndəsi formaları ilə təbiət tərəfindən formalaşdığına dair şübhələr doğurur. Bu səbəbdən bəzi mütəxəssislər, bu strukturu qədim bir ibadətgahın və ya piramidanın sualtı qalıqları kimi qiymətləndirirlər.

Quruluşun dənizlə örtülməsindən əvvəl inşa edildiyi ehtimal olunur

Strukturun təxminən 27 metr hündürlüyündə olduğu və vahid daş kütlələrindən ibarət olduğu bildirilir. Bu xüsusiyyətlər, quruluşun təsadüfi geoloji proseslərdən deyil, məqsədyönlü olaraq insan əli ilə formalaşdırıldığını göstərən fikirləri gücləndirir. Ən diqqət çəkici məqamlardan biri isə bu quruluşun yaşıdır.

Aparılmış geoloji testlər, daşların 10 min ildən də qədim olduğunu ortaya qoyub. Əgər bu quruluş həqiqətən insan tərəfindən inşa olunubsa, onun yaşı ən azı 12 min il olmalıdır ki, bu da həmin ərazinin hələ dənizlə örtülmədiyi dövrə təsadüf edir.

Tarixdən əvvəlki bir sivilizasiyanın izi ola bilərmi?

Müasir arxeoloji nəzəriyyəyə görə, insanların böyük tikililər inşa etməyə başlaması təxminən 12 min il əvvəl, kənd təsərrüfatı inqilabı ilə mümkün olub. Ondan əvvəl insanlar əsasən köçəri həyat tərzi sürürdülər. Ancaq Yonaquni abidəsi kimi quruluşlar bu fikri şübhə altına alır. Artıq bəzi alimlər düşünür ki, ovçu-toplayıcı icmaların da mühəndislik bilikləri və tikinti bacarıqları ola bilərdi.

Bu nəzəriyyələrin tərəfdarlarından biri, itmiş sivilizasiyalar barədə yazdığı kitablarla tanınan yazar Qreyem Henkokdur. O, Yonaquni abidəsinin qədim bir mədəniyyətin izi olduğuna inanır və bu fikrini pillələr, daşa oyulmuş insan üzü və digər meqalit strukturlarla əsaslandırır. Dalğıclar tərəfindən çəkilmiş sualtı görüntülər də insan əli ilə müdaxiləyə işarə edən detallarla zəngindir.

Lemurya adlı itmiş qitənin parçasımı?

Yaponiyalı geoloq doktor Masaaki Kimura da Yonaquni abidəsinin insan tərəfindən formalaşdırıldığını iddia edən azsaylı alimlərdən biridir. O, illərlə apardığı araşdırmalara əsaslanaraq bu quruluşun təbii deyil, insan mənşəli olduğunu bildirir. Həmçinin bəzi Yapon mifologiyalarında yer alan və Lemurya adlandırılan itmiş qitə ilə bu struktur arasında əlaqə ola biləcəyinə dair hipotezlər də irəli sürülür.

"Bu mənim üçün təbiətin bir oyunudur"

Boston Universitetindən arxeoloq Flint Dibbl isə əks mövqedədir. O, bu strukturun tamamilə təbiət tərəfindən formalaşdığını düşünür və "Burada mənə insan memarlığını xatırladan heç nə görmürəm" deyə bildirib.

Yenə Boston Universitetindən geoloq doktor Robert Şox 1999-cu ildə dərc etdiyi hesabatla müzakirəyə fərqli baxış gətirmişdi. Ona görə, Yonaquni abidəsində görünən simmetrik kənarlar və pilləli formalar, bölgədəki qumdaşlarının zəlzələlər və geoloji qırılmalar nəticəsində formalaşması ilə izah edilə bilər.

Şox hesabatında belə yazır: "Abidənin fotolarına baxdıqda simmetriya və pillələr insan müdaxiləsini xatırlada bilər, lakin bunlar sualtı şəraitdə təbiətin formalaşdırdığı nəticələr də ola bilər".

O əlavə edir ki, daşların üzərindəki dəniz canlılarının qalıqları struktura daha müntəzəm görünüş verir.

Göbəklitəpə və Qununq Padanq ilə müqayisələr

Əgər Yonaquni abidəsinin həqiqətən insan əli ilə inşa edildiyi sübut olunarsa, bu struktur indiyə qədər məlum olan ən qədim insan tikililərindən biri ola bilər. Türkiyədəki Göbəklitəpə ilə müqayisə edildikdə daha qədim olduğu iddia edilir. Təxminən e.ə. 9500-cü ilə aid edilən Göbəklitəpə böyük daş sütunlarla əhatə olunan məbədvari quruluşu ilə arxeologiyada inqilab yaratmışdı.

Həmçinin İndoneziyadakı Qununq Padanq adlı digər bir quruluş da bu sirli kateqoriyaya aiddir. İlk dəfə 1890-cı ildə aşkar edilən bu tikili, lav daşları ilə örtülü bir təpənin 30 metr dərinliyində gizlənmiş meqalit strukturu əhatə edir. Aparılmış karbon analizləri, bu quruluşun 16 min il əvvəlki dövrə aid ola biləcəyini göstərir.

Dərinliklərdəki sirr hələ də açılmayıb

Hazırda Yonaquni abidəsinin nə olduğu ilə bağlı yekdil elmi fikir yoxdur. Bu struktur təbiət tərəfindənmi formalaşdırılıb, yoxsa qədim bir sivilizasiyanın izidirmi? Bu sual yalnız gələcəkdə aparılacaq daha geniş və dəqiq tədqiqatlarla cavablandırıla bilər. Ancaq dəqiq olan odur ki, bu sirli quruluş, insanlıq tarixi ilə bağlı məlum konsepsiyaları yenidən düşünməyə vadar edən və həm akademik, həm də mədəni baxımdan heyrətləndirici bir fenomen olaraq qalmaqdadır.

Gələcəkdə sonar texnologiyalarının inkişafı və beynəlxalq əməkdaşlığın artması ilə bəlkə də bir gün Yonaquni abidəsinin sirri tam şəkildə açıla bilər. O vaxta qədər isə bu quruluş, elm insanlarını, tarixçiləri və maraqlılarını düşündürməyə davam edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 27 May 2025 05:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see285

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see266

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see250

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see248

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see235

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see229

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see228

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see227

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see227

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see224

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see221

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see220

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see216

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see215

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see204

Valideynlərinə 5000 manat ziyan vuran oğul saxlanıldı

28 Noyabr 2026 17:55see201

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

29 Noyabr 2026 08:01see198

PAŞİNYAN RUSİYANI ERMƏNİSTAN SƏRHƏDLƏRİNDƏN ÇIXARIR Moskva nə edəcək?

28 Noyabr 2026 17:02see195

Spotify bu ölkədə bağlanır

28 Noyabr 2026 00:43see191

Türkiyədə 10 qız uşağının itkin düşməsi ilə bağlı yeni təfərrüat

29 Noyabr 2026 00:23see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri