Icma.az
close
up
RU
Elm hansı mövzularda acizdir? İddialar və həqiqətlər...

Elm hansı mövzularda acizdir? İddialar və həqiqətlər...

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

Kulis.az Samir Mirzənin yeni yazısını təqdim edir.

Bəziləri insan beyninin 100 faizi işləmədiyini söyləyir. Deyirlər, işləsə, insan fövqəlgücə sahib olar. Digərləri isə, əksinə, iddia edir ki, beyin tam gücü ilə işləyir. Onlar alimlərin fikrinə istinad edirlər. Mən də deyirəm: bəli, beyin 100 faiz aktiv ola bilər, amma o miqyasda ya işlətmirik, ya işlədə bilmirik. Belə çıxır ki, hamı eyni sözü desə də, yanlış yöndən baxır.

Sadə bir müqayisə: savadlı və savadsız insanı götürək. Hansı daha çox düşünür, hansı beynindən daha çox istifadə edir? Və ya elə informasiyalar var ki, iki fərqli insan eyni məlumatı tamamilə fərqli anlayır. Tutum fərqlidir. Deməli, hər beynin işləmə forması da eyni deyil.

Əgər dünyada həm alim, həm də cahil olduğu təqdirdə o zaman necə deyə bilərik ki, bütün beyinlər 100 faiz işləyir? İstək-filan deyilə bilər, amma o qədər səy göstərib dərsini qavraya bilməyənlər görmüşük. Arzu, istək, səy, əzmkarlıq heç də həmişə açar rolunu oynamır. Bu qədər depressiv insanları üst-üstə yığan elə yalançı şüarçılıqdır. Nəysə…

Əgər alimlər “100 faiz” iddiasını irəli sürürsə, bunun geniş, başadüşülən bir izahı olmalıdır. Elmi cümlə ilə deyil, insanın anlaya biləcəyi dillə. Çünki sadə məntiqlə yanaşanda görünür ki, biz beynin müəyyən bir hissəsini istifadə edirik, digər hissəsi isə ya yatıb, ya da işə salınmayıb, yuxu rejimindədir. Zatən gözü açıq yatmış insanlar da az deyil dünyada. Onların xüsusi komik adları da olur. Necə iddia etmək olar ki, həmin adamların beyni 100 faiz işləyir. “Beyni yoxdur, fikri var” misalı.

Başqa bir misal: hamımızın əli var, amma hər kəs 50 kilo çəkini bir əllə qaldıra bilmir. 50 kilonu qaldıra bilən insan o gücə sahib olmaq üçün əvvəlcə beynini işə salıb, idman edib, əzələ kütləsini artırıb. Deməli, eyni orqan olsa da, nəticə fərqlidir. Əl-qolumuz 100 faiz aktivdir, amma neçə faiz işlədirik?

Ümumiyyətlə, savadla ağıl arasında fərq var. Savadlı insan ağıllı olmaya bilər. Bəzən tam tərsi olur. Bu da göstərir ki, hamının beyni eyni səviyyədə və formada işləmir. Hamı eyni ağıla sahib deyil. Bəs necə deyə bilərik ki, hamının beyni eyni gücdədir və 100 faiz işləkdir?
Bəli, aktiv ola bilər. Amma biz onun hər bir hissəsini aktiv şəkildə işlədə bilirikmi? Əsas sual budur.

İnsan da beynin məhsuludur, deyilmi? O zaman bu qədər qeyri-bərabərlik, bu qədər fərqlilik nədən qaynaqlanır? Niyə bir ailədən iki tamamilə fərqli şəxsiyyət çıxır? Niyə biri bəzən heç sadə misalı qavramır, digəri isə savadlı olur. Nədir bunun izahı? Axı insanların müşahidə qabiliyyəti belə fərqlidir. İntuisiyadan tutmuş başqa mistik amillərə qədər – insanların duyumları arasında çox fərqliliklər var. 10 addım uzağı birə-bir görə bilmək...

Yaxşı ki, kamera var, müxtəlif bacarıqlar nümayiş etdirən insanları görüb “vau, inanılmaz” deyə bilirik. Misalları sonsuz sayda ard-arda sıralamaq olar. Hətta insan yaş ötdükcə ilbəil əvvəlki düşüncələrini inkar edə bilir. Alimlər də həmçinin. İldən-ilə nəzəriyyələrin bir-birini inkar etməsi mümkündür.

Məhz bu anlamda mən deyirəm ki, bizim beynimiz bəlkə də heç 10 faizi belə işləmir. Bəzən isə sadəcə işlədəcək zaman və şərait olmur. Bir çox insanın həyat tərzi elədir ki, beynini inkişaf etdirmək, yönləndirmək imkanı yoxdur. Onlar çox vaxt məhdud informasiyanı qəbul edib, ona uyğunlaşıb yaşayır və bu formada ömürlərini başa vururlar.

Həyat isə həmişə rasional deyil. Hər şey dəqiq, ölçülə bilən deyil. Hələ də elmin cavab verə bilmədiyi, qarşısında aciz qaldığı o qədər məsələ var ki… İsbata ehtiyac duyulan bir şeyi sübut edə bilmədikdə, elm çox zaman onu inkar etməklə kifayətlənir. Fizikasını izah edə bilmədiyini metafizikaya yaxınlaşmadan keçir, ya da ona "elmi don" geyindirir “yoxdur” deyir.

Halbuki insan beyni bəzən xəbərsiz aldığı şüuraltı mesajlarla formalaşır və yönləndirilir. Heç kim bu prosesdən sığortalanmayıb. Ən iradəli insanın, ən savadlı şəxsin belə həssas nöqtəsini tapmaq və onu öz istəklərinə zidd şəkildə yönləndirmək mümkündür. Özü də xəbəri olmadan.
Buna sadəcə "şüuraltı proses" deməklə məsələ həll olunmur. Beyin o qədər sirli bir mexanizmdir ki, "şüuraltı" sözünü istifadə etməklə yaxamızı kənara çəkmiş oluruq. Eyni görüntüyə baxan iki insan fərqli nəticə çıxarırsa, eyni strukturda olan beyinlər tamamilə fərqli düşünürsə, necə rahatlıqla iddia edə bilərik ki, "filan alim dedi və məsələ qapanıb"?

Axı biz kim olduğunu belə bilmədiyimiz "alimlər"ə necə şərtsiz inanırıq? Lap elə ən məşhur alim belə bu fikri irəli sürürsə, izah edə bilmirsə, insanlar onu anlaya bilmirsə, o fikir nəzəriyyə olaraq şübhə altına düşür. Mən isə əks arqument irəli sürürəmsə, bu artıq onu göstərir ki, ya mənim beynim az işləyir, ya çox işləyir, ya da heç işləmir. Hər halda, bu da bir nəticədir. İstəyirsiniz “cahil” adlandırın, istəyirsiniz “demaqoq”, özünüz bilərsiniz…

Bu arada, beyin potensialının "ehtiyatda" qalması məsələsi elm tərəfindən də tanınır. Yəni “koqnitiv ehtiyat” (cognitive reserve) adlı anlayış mövcuddur. Bu, insan beyninin mövcud imkanlarından yalnız bir hissəsini istifadə etməsi və və qalan hissəsini isə ehtiyatda saxlaması deməkdir.

“"Qaladan Qala” – Gədəbəy: Tarixi Abidələr Diyarı" sənədli filmi təqdim olundu "Ayrılıqdan betər dünyada nə var?" - Nigar Rəfibəyli "Məscid tikəcəyik" deyib pul yığanlar – Quldurları niyə sevirik?
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://kulis.az
archiveBu xəbər 19 İyul 2025 12:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see393

Ebru Gündeşin 10 milyonluq əməliyyatın nəticəsi Son halı (Foto)

27 Sentyabr 2026 16:08see252

Rəqsanənin filtrsiz görüntüsü diqqət çəkdi (Foto)

27 Sentyabr 2026 15:17see238

Heç bir estetik və botoksum yoxdur (Video)

27 Sentyabr 2026 13:48see224

Britaniyada beş nəfər terrorçuluq ittihamı ilə həbs edilib

27 Sentyabr 2026 19:59see222

Bülent İnal 13 kilo arıqladı: sirrini açıqladı

28 Sentyabr 2026 02:28see211

Azərbaycana “xəyanət” deyənlər öz ticarət rəqəmlərinə niyə baxmır?

27 Sentyabr 2026 20:36see201

Bakıya gəlmək istəyən erməni tankları VİDEO

27 Sentyabr 2026 17:34see199

Abşeron Milli Parkına şəhərsalma amilləri necə təsir edir? Memar açıqlayır

27 Sentyabr 2026 22:11see199

Azərbaycan Bakı Forumunda 10,8 milyard dollarlıq investisiya cəlb edib

27 Sentyabr 2026 21:37see198

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see197

Tramp Çin liderinə Amerika silahları almağı təklif etdi

27 Sentyabr 2026 22:17see196

Çinlilərdən inqilabi neft emalı üsulu

27 Sentyabr 2026 11:26see195

Azərbaycanın ərazi bütövlüyünü bərpası ilə regionda yeni imkanlar yarandı Valeri Çeçelaşvili

27 Sentyabr 2026 19:37see191

Nigar Məmmədova: “Bərpaolunan enerjinin inkişafı Azərbaycanın investisiya imkanlarını artırır”

27 Sentyabr 2026 13:58see190

Gürcüstan Azərbaycan dostluğunu sarsıtmaq cəhdləri görünür Levan Mamaladze

27 Sentyabr 2026 17:54see189

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see187

Səhər yeməyində buna diqqət edin!

28 Sentyabr 2026 04:04see182

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see178

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri