Elm möcüzəsi: Görmə qabiliyyətini itirənlər yenidən görə bilir!
Icma.az bildirir, Sherg.az saytına əsaslanaraq.
Alimlər görmə qabiliyyətini bərpa edən göz implantı icad ediblər!
Sherg.az "Financial Times"a xəbər verir ki, bu cihaz yaşa bağlı irəliləmiş makula degenerasiyası olan xəstələrin 81 faizində qismən görməni bərpa edib.
“Görməni bərpa etməyə yönəlmiş cəhdlər arasında bu nəticələr ilk dəfə bu qədər çox pasiyentdə əldə olunur,” - deyə Pittsburq Universitetinin Tibb Məktəbinin oftalmologiya şöbəsinin rəhbəri bildirib.
Bəs bu cihaz necə işləyir?
Xəstə ətraf mühiti çəkən xüsusi eynək taxır. Bu eynəyin üzərindəki kiçik kamera görüntünü 2×2 millimetr ölçülü implanta ötürür. İmplant işıq siqnallarını elektrik impulslarına çevirir və bu impulslar beyinə göndərilir.
Beləliklə, uzun müddət görmə qabiliyyətini itirən insanlar yenidən ətraf aləmi qismən də olsa görə bilirlər.
Baxış sayı:53
Bu xəbər 21 Oktyabr 2025 00:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















