Elm və təhsil naziri internat məktəblərinin direktorları ilə görüşdü FOTOLAR
Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Elm və təhsil naziri Emin Əmrullayev Bakı şəhəri üzrə fəaliyyət göstərən internat məktəblərinin direktorları ilə görüşüb.
"Unikal" xəbər verir ki, görüş zamanı internat məktəblərində təhsil alan valideyn himayəsindən məhrum olmuş, eləcə də sağlamlıq imkanları məhdud uşaqların təlim-tərbiyə prosesi, onların sosial müdafiəsi, psixoloji dəstək mexanizmləri və cəmiyyətə inteqrasiyası məsələləri geniş müzakirə olunub.
Nazir çıxışında qeyd edib ki, həssas kateqoriyadan olan uşaqların keyfiyyətli təhsilə çıxışının təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu baxımdan internat məktəblərində tətbiq olunan xüsusi təhsil proqramlarının təkmilləşdirilməsi, fərdi yanaşmanın gücləndirilməsi və müasir tədris metodlarının genişləndirilməsi mühüm əhəmiyyət kəsb edir.
Görüşdə həmçinin mövcud vəziyyətin qiymətləndirilməsi aparılıb, internat məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi, müəllim heyətinin peşəkar inkişafı, eləcə də təhsilalanların sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək tədbirlər müzakirə olunub.
Direktorlar tərəfindən səsləndirilən təkliflər dinlənilib, prioritet istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 23 Aprel 2026 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















