Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyi uzun illərin yığılıb qalan problemlərini açıq şəkildə həll etməyə başlayıb Təhsil eksperti

Elm və Təhsil Nazirliyi uzun illərin yığılıb qalan problemlərini açıq şəkildə həll etməyə başlayıb Təhsil eksperti

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Bu gün təhsildə baş verənlərə baxanda bu ifadə nə qədər yerinə düşür. Biz artıq təhsil islahatlarının üçüncü mərhələsinə qədəm qoymuşuq – yəni kadr potensialının təmizlənməsi və gücləndirilməsi mərhələsinə. Birinci mərhələdə struktur və idarəetmə modeli quruldu, ikinci mərhələdə qanunvericilik bazası formalaşdı. İndi isə məsələ şəffaflıq və keyfiyyət üzərindədir. Elm və Təhsil Nazirliyi təhsil sistemini “artıqlardan”, yəni prosesə xələl gətirən, müəllim adına kölgə salan, qanunsuzluqları adətə çevirən şəxslərdən təmizləyir. Son bir ayda bunun konkret nəticələrini görürük”.

Bu fikirləri təhsil eksperti Kamran Əsədov 525.az-a deyib.

Onun sözlərinə görə, region və Bakı məktəblərində direktor, direktor müavinlərinin vəzifədən azad edilməsi və töhmət alması artıq sistemin ciddi şəkildə sağlamlaşdırılma mərhələsinə keçdiyini göstərir. Əsas səbəb – əsassız pul yığımları, məktəb idarəetməsindəki səriştəsizlikdir. Fond, süpürgə, kağız, katric, ksq, bsq adı altında toplanan bu vəsaitlər təhsil mühitində etimadı sarsıdır, müəllimin nüfuzunu zədələyir:

“Amma günahı təkcə müəllimdə və ya direktorda axtarmaq doğru deyil. Çünki bu problemin kökü resurs çatışmazlığı və regional təhsil idarəetmə mexanizmlərindəki boşluqlardan qaynaqlanır. Dövlət hər il məktəblərin maddi-texniki bazasının gücləndirilməsinə milyonlarla manat ayırır, lakin bu vəsaitlərin bəzən “kağız üzərində” qalması nəticəsində məktəblərdə real çatışmazlıqlar yaranır. Nəzərə alaq ki, ölkədə 4430 məktəb və 1,6 milyon şagird var. Hər fənn üzrə ayda keçirilən KSQ və BSQ üçün milyonlarla kağız, katric, printer və digər resurs lazımdır. Bu da təbii olaraq əlavə maliyyə yükü yaradır. Amma bu yük valideynin cibindən yox, sistemin resurs idarəetməsindən qarşılanmalıdır.

Təhsil haqqında Qanunun 34-cü maddəsi, Təhsilin İnkişafı Strategiyasının 3.2.2 bəndi və Ümumi təhsil haqqında Qanunun 24.1.4 bəndi aydın şəkildə göstərir ki, valideynin məktəbə dəstəyi yalnız könüllü şəkildə ola bilər. Məcburi pul yığımı qanun pozuntusudur. Bu gün Elm və Təhsil Nazirliyi bu qanunların icrasını təmin etməklə təhsildə ədalət, şəffaflıq və məsuliyyət mühitini bərpa edir. Nazirliyin məqsədi cəza vermək deyil – sistemi sağlamlaşdırmaqdır. Problemin həlli istiqamətində KSQ və BSQ-nin elektronlaşdırılması, məktəblərin texniki bazasının yenidən yoxlanması və işlək vəziyyətə gətirilməsi həm kağız israfını, həm də əsassız pul yığımını aradan qaldıra bilər. Bu gün təhsildə baş verən təmizlənmə prosesi cəsarətli, prinsipial və dövlətin maraqlarına xidmət edən addımdır. Elm və Təhsil Nazirliyi uzun illərin yığılıb qalan problemlərini açıq şəkildə həll etməyə başlayıb”.

Sevinc Qarayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see248

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see205

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see181

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see160

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see155

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see153

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see151

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see149

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see148

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see148

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see143

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see137

“Güllü”nün qızı həbsdə ilk dəfə danışdı

21 Dekabr 2025 00:55see135

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see132

İngiltərə Premyer Liqası: Liverpul azlıqda qalan Tottenhem i məğlubiyyətə uğratdı

21 Dekabr 2025 00:00see131

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see130

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see129

XVI turun 2 oyunu keçirilib

20 Dekabr 2025 21:50see127

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri