Icma.az
close
up
RU
Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş

Elm və Təhsil Nazirliyində Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun nümayəndə heyəti ilə görüş

Sia Az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) direktoru akademik Qriqori Trubnikovun rəhbərlik etdiyi nümayəndə heyəti Elm və Təhsil Nazirliyində olub. Nazirlikdən SİA-ya bildirilib ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov ilə keçirilən görüş zamanı qonaqlara Azərbaycan təhsil sistemində aparılan islahatlar barədə məlumat verilib. BNTİ-nin nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində bir sıra elm və ali təhsil müəssisələrinin rəhbərləri ilə baş tutan görüşlərdə müzakirə edilən əməkdaşlıq perspektivlərindən danışılıb.

Akademik Qriqori Trubnikov 16 ölkənin üzv olduğu BNTİ-nin elmin müxtəlif istiqamətləri, xüsusilə nüvə və aerokosmik texnologiyaların inkişaf etdirilməsində nailiyyətlərini xüsusi vurğulayıb və institutda aparılan tədqiqatların elmi aktuallığını diqqətə çatdırıb.

Görüşün sonunda nazir müavini Firudin Qurbanov və akademik Qriqori Trubnikov qarşılıqlı əməkdaşlığın davam etdirilməsi istiqamətində birgə səylər göstəriləcəyini bir daha vurğulayıblar.

Qeyd edək ki, Azərbaycan BNTİ-yə üzv olduğu dövrdən nüvə fizikası sahəsindəki tədqiqatları bu beynəlxalq statuslu institutla, digər beynəlxalq qurumlarla, o cümlədən Avropa Nüvə Tədqiqatlar Mərkəzi (CERN) ilə qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirib. Ətraf mühitin qorunması və radioekologiya sahəsində aparılmış tədqiqatlar, ölkəmiz üçün çox əhəmiyyətli tibbi müalicə üsulları (onkologiya və s.) sahəsində yüksək hazırlıqlı radioloqların hazırlanmasını buna misal olaraq göstərmək mümkündür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Noyabr 2024 16:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri