Elman Nəsirovun qızı Şərurlu İsfəndiyarın verdiyi evi götürüb? “Dedi ki, haradadır?”
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər vediyimiz kimi, millət vəkili Elman Nəsirovla bağlı yayılan xəbərlərə “Şərurlu İsfəndiyar” kimi tanınan iş adamı İsfəndiyar Axundov münasibət bildirib.
İsfəndiyar Axundovun sözlərinə görə, millət üçün əhəmiyyətli şəxsiyyətin nüfuzuna xələl gəlməməsi məqsədilə Elman Nəsirovun evsizlikdən gileylənən qızına 5 il müddətinə yaşamaq üçün ev verəcək. Qeyd edək ki, bir neçə gün əvvəl millət vəkili Elman Nəsirovun birinci evlilikdən olan qızı Laləzər Əliyevə sosial şəbəkədə çıxış edərək atasından gileylənib.
“Cebheinfo.az”a açıqlamasında Şərurlu İsfəndiyar bildirib ki, Elman Nəsirovu şəxsən tanımır:
“Sadəcə ürəyimdən keçdi”.
İş adamı qeyd edib ki, hazırda həmin şəxslə danışıqlar aparılır:
“Hazırda danışıqlar aparırıq, əlaqə saxlayırıq. Dedim, neçə otaqlı ev istəsəniz, verərəm. Dedi ki, haradadır? Dedim ki, Yasamalda yerləşir. Maraqlanır, danışırıq ki, nə zaman gəlsin. Hələlik söhbətimiz gedir. Gəlib yaşamaq fikri var. Elman müəllimi şəxsən tanımıram, yalnız televiziyada görmüşəm. Heç bir şəxsi münasibətimiz yoxdur, sadəcə ürəyimdən keçdi. İnsandır da, həyatdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Açar sözlər: Elman Nəsirovun qızı Şərurlu İsfəndiyar
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 28 Oktyabr 2025 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















