Icma.az
close
up
RU
Elmar Baxşıyev autsayderlə də bacarmadı

Elmar Baxşıyev autsayderlə də bacarmadı

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Araz-Naxçıvan - Səbail 0:0
12. Kristian Avram - 5,5
5. Qara Qarayev - 5,5
(8. Karlos Jatoba, 81) - qiymətsiz
34. Urfan Abbasov - 5,5
2. Slavik Alxasov - 5,5
6. Vadim Abdullayev (k) - 5,0
(24. Mustafa Əhmədzadə, 61) - 5,0
29. Vanderson Melo - 5,5
17. İssuf Paro - 5,5
23. Nuno Rodriges - 5,5
(21. Sezar Meza Kolli, 61) - 5,0
97. Felipe Santos - 6,0
10. Bernardo Dias - 5,5
9. Əyyub Allaş - 5,0
(7. Ülvi İsgəndərov, 75) - 4,5
Ehtiyat oyunçular
94. Tərlan Əhmədli
99. Raul Əhmədzadə
22. Elçin Mustafayev
20. Turan Vəlizadə
11. Bayraməli Qurbanov
71. Sənan Ağalarov
57. Elcan Məmmədov
Baş məşqçi: Elmar Baxşıyev
Komandanın ən yaxşısı: Felipe Santos
1. Hüseynəli Quliyev - 6,0
96. İlkin Muradov - 5,5
74. Yusif Nəbiyev (k) - 6,5
77. Fərid Nəbiyev - 5,5
(97. Oruc Məmmədov, 86) - qiymətsiz
20. Mərt Çəlik - 5,0
(18. Süleyman Əhmədov, 68) - 4,5
11. Rüfət Abdullazadə - 5,5
(10. David Qomis, 77) - qiymətsiz
16. Emin Rüstəmov - 5,0
3. Dmitri Litvin - 5,0
7. Madi Queta - 5,5
5. Gitay Sofir - 5,5
(83. Nihad Quliyev, 86) - qiymətsiz
14. Suleyman Alluş - 5,5
Ehtiyat oyunçular
12. Əlirza Müştəbazadə
25. Nicat Məmmədzadə
22. Mirabdulla Abbasov
19. Samir Abdullayev
88. Hacıəli Şirəliyev
99. İnnosent Nşuti
Baş məşqçi: Cavid Hüseynov
Komandanın ən yaxşısı: Yusif Nəbiyev
Vərəqələr: E.Rüstəmov, 4 (qeyri-idman hərəkəti). U.Abbasov, 18 (qeyri-idman hərəkəti). N.Rodriges, 27 (qeyri-idman hərəkəti). V.Melo, 34 (qeyri-idman hərəkəti). K.Avram, 63 (qeyri-idman hərəkəti) - sarı.
Hakimlər: FƏRİD HACIYEV, Müslüm Əliyev, Rəhman İmami, Elvin Bayramov (hamısı Bakı).
VAR hakimi: Nicat İsmayıllı (Bakı).
VAR hakiminin köməkçisi: Cəmil Quliyev (Bakı).
Hakim-inspektor: Rəhim Həsənov (Bakı).
AFFA nümayəndəsi: Asif Əliyev (Bakı).
22 fevral. Bakı, "Liv Bona Dea Arena". 70 tamaşaçı (6500 yerlik).
Birinci hissəyə 1, ikinci hissəyə 4 dəqiqə əlavə olunub.
Oyunun qiyməti: 5,5.
Son 7 matçda cəmi bir qələbə qazanan "Araz-Naxçıvan"ın bu dəfə tilsimi qıracağına, bununla həm də üç oyunluq qələbə həsrətinə son qoyacağına inananların sayı az deyildi.

Mövsümün birinci yarısında göstərdiyi performansdan uzaq düşən, son 7 görüşdə cəmi iki dəfə qol sevinci yaşayan Muxtar Respublika təmsilçisi "doğma divarlar" arasında autsayderlə qarşılaşdığı oyunda mütləq özünü yaxşı tərəfdən göstərməliydi. Lakin bu dəfə də işlər Elmar Baxşıyevin istədiyi kimi getmədi. Qış fasiləsindən sonra xal ehtiyatını artırmaq baxımından sürət yığan, son 5 matçda yalnız "Qarabağ"a uduzan "Səbail" "Sabah" və "Turan Tovuz" kimi avrokuboklara iddialı rəqiblərlə yanaşı, naxçıvanlılardan da xal qopardı. "Qırmızı-ağlar" yenə qol imkanlarını sağa-sola xərclədisə, Mərdəkana hazırlıqlı, qələbə dalınca gəldiyi hiss edilən "dənizçilər" istəyinə çatmaq üçün əlindən gələni əsirgəmədi.
Matçda ilk təhlükəli vəziyyət 5-ci dəqiqədə qeydə alındı. Cərimə zərbəsini yerinə yetirən Slavik qeyri-dəqiq oynadığından hesabı erkən açmaq fürsətini qaçırdı. Ardınca hücuma keçən Bayıl təmsilçisi Quetanın fərdi reydi sayəsində xeyli irəlilədi. Cərimə meydançasına daxil olan qvineyalı həlledici zərbə üçün Alluşa güvəndi ki, sonuncu dirəyi "nişan aldı". Bir qədər sonra Paro Alxasovun uğursuzluğunu təkrarladı. Qeyri-dəqiqlik üzündən topu yaxın məsafədən tora qovuşdurmağa nail ola bilməyən müdafiəçi komandasını məyus etdi.
"Səbail"in növbəti hesabı açmaq cəhdi də yetərincə təhlükəli alındı. Sofir - Fərid - Alluş kombinasiyası 21-ci dəqiqədə Avramın kritik müdaxiləsinə tuş gəldi. Meydanda qalan topu isə Alluşla hava mübarizəsindən qalib ayrılan Urfan uzaqlaşdırdı. Çox keçmədən Bayıl təmsilçisi daha bir uğursuz hücum həyata keçirdi. Burda Alluş qapı önünə "asan yem" göndərsə də, nə Emin, nə də Litvin topa toxuna bildi. Ardınca Allaş qeyri-dəqiq zərbəylə yadda qaldısa, Yusifin fərqlənmək cəhdinə Avram mane oldu.
Birinci hissənin növbəti təhlükəli epizodunu "Araz-Naxçıvan"ın ifasında izlədik. 44-cü dəqiqədə Dias adını tabloya yazdırmaq istədi ki, uzaq məsafədən göndərdiyi topu tir "dəf etdi". "Səbail"in buna oxşar hücum cəhdi isə qeyri-dəqiqlik üzündən fayda vermədi. Burda İlkin "çərçivə"ni nişan almaqda çətinlik çəkdi. Nəticədə komandalar fasiləyə "sülh"lə yollandı.
İkinci hissə "qırmızı-ağlar"ın önə atılmasıyla start götürdü. Əvvəl qapıçıyla üzbəüz qalan Santosun zərbəsi qapıdan aralı keçdi. Ardından Urfanın başla fərqlənmək arzusu çin olmadı. "Dənizçilər" ikinci yarı ərzində yalnız 61-ci dəqiqədə reallaşdırdığı hücumla yadda qaldı. Bu epizodda Sofirin tora qovuşdurmaq istədiyi top tirin üzərindən şütüdü. Ardınca daha da fəallaşan naxçıvanlılar Meza Kolli, Santos və Ülvi zərbələrinə də sevinə bilmədilər. Burda Felipenin başla zərbəsini xüsusi vurğulamağa dəyər. Ona görə ki, Hüseynəli yerə dəyib istiqamətini dəyişən topa sahib çıxmaqla komandasını yüzfaizlik qoldan xilas etdi.
Gözdən qaçmadı
* 21-ci dəqiqədə top Urfana toxunandan sonra meydanı tərk etsə də, Fərid Hacıyev "Araz-Naxçıvan"ın xeyrinə qapıdan zərbə təyin etdi.
* Elmar Baxşıyev 90+2-ci dəqiqədə hakimin qərarına etiraz etdiyinə görə "sarı" aldı. Mütəxəssis topa əllə toxunan Eminə ikinci "sarı"nın göstərilməsini tələb etsə də, ədalət təmsilçisi həmin epizoddan əvvəl qayda pozuntusunun qeydə alındığını bildirdi.
* Tribunalarda təxminən 40 nəfərdən ibarət "Dənizçilər" fanklubu və bir neçə sıravi azarkeş əyləşmişdi.
KƏNAN BAHADIR

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Mart 2025 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see420

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see314

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see233

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see232

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see228

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see223

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see219

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see212

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see212

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see200

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see197

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see197

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see193

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see187

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see185

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see185

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see181

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see178

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see174

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see159
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri