Icma.az
close
up
RU
Elmar Baxşıyev: “İndidən medal haqda düşünmürük”

Elmar Baxşıyev: “İndidən medal haqda düşünmürük”

Icma.az bildirir, futbolpress-az portalına istinadən.

Yeni mövsümə uğurlu start götürən komandalardan biri də Elmar Baxşıyevin rəhbərlik etdiyi “Araz-Naxçıvan”dır.

Futbolpress.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi hazırki turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. “Qırmızı-ağlar”ı lider “Qarabağ”dan cəmi 1 xal ayırır (Qeyd: “Qarabağ” 1 oyun az keçirib). Ən yaxın izləyicisi “Turan Tovuz”la isə arada 4 xal fərqi var. Çempionatın ilk turunda doğma meydanda “Qarabağ”a böyük hesabla uduzan Baxşıyevin yetirmələri Ölkə Kuboku da daxil olmaqla, artıq ardıcıl 13 matçdır ki, məğlub olmur.

Klubun cari futbol ilindəki hədəfi, hazırki gedişat və transfer planlarıyla bağlı ətraflı məlumat öyrənmək üçün Elmar bəylə həmsöhbət olduq.

– Mövsümə doğma meydanda böyük hesablı məğlubiyyətlə başlasanız da hazırda turnir cədvəlinin 2-ci pilləsindəsiz və həmin məğlubiyyətdən sonra naməğlub irəliləyirsiniz. Belə uğurlu çıxışın sirri nədir?
– Hələ mövsümün təxminən 1/3 hissəsi arxada qalıb. Ona görə hansısa ciddi uğurdan danışmaq tezdir. Bəli, hazırkı mövqeyimiz və çıxışımız bizi qane edir. Amma bunu sona qədər davam etdirməliyik. Çempionatımız kifayət qədər maraqlıdır. İstənilən komanda rəqibindən xal və ya xallar almaq gücündədir. Bu da turnir cədvəlində hər an dəyişikliyin olma ehtimalını artırır. Yaxşı kollektivimiz var. Hər kəs nizam-intizama riayət edir. Meydanda istər oyun, istərsə də məşq zamanı verilən tapşırığı mümkün qədər düzgün yerinə yetirməyə çalışır. Belədə nəticələr müsbət olur.

– ⁠Bildiyimiz qədəriylə yay fasiləsində heyətin böyük hissəsi dəyişilməklə demək olar ki, sıfırdan komanda quruldu. Futbolçuların belə qısa müddət ərzində bir-birilərini başa düşməsi və kluba adaptasiya olması sizə çətinlik yaratmadı?
– Sıfırdan deməzdim. Çünki, ötən mövsüm komandanın əsas heyətində çıxış edən 5-6 futbolçunu komandada saxladıq. Yollarımızı ayırdıqlarımızın əvəzinə tanıdığımız futbolçuları dəvət etdik. Hansı ki, həmin oyunçular müxtəlif illərdə ölkəmizdə çıxış ediblər. Belədə onların çempionatımıza və ölkəmizə uyğunlaşmasında çətinlik yaşanmadı. Üstəlik kollektiv yumruğu bir nöqtəyə vurmağa çalışırsa, burada hansısa problem yaranmır. Çünki özləri bunu dərhal yoluna qoymağı bacarırlar. Biz də məşqçilər olaraq hər zaman onlara dəstək oluruq.

– ⁠Hazırda çempionluq yolunda “Qarabağ”a əsas rəqibsiz. Mövsüm sonunda çempionluq kubokunu başınız üzərinə qaldırmağa, sizcə, kollektivinizin potensialı yetəcəkmi?
– Yaxşı heyətimiz var. Amma biz indidən çempionluq və ya hansısa əyarda medal haqda düşünmürük. Planımız həftəlikdir. Bu həftə keçirəcəyimiz matça hazırlaşır, hədəflər müəyyənləşdiririk. Buna nail olduqdan sonra növbəti görüşü düşünürük. Komandama inanıram. Təbii ki, çıxdığımız yolun sonu üçün bir hədəf müəyyən etmişik. Ona doğru addım-addım gedirik. Nəyi bacarıb-bacarmayacağımızı mövsümün sonunda görəcəyik.

– ⁠Kollektiv demişkən, zədəlilərin, cəzalıların olması baş məşqçilərin çox çətinlik çəkdiyi məsələlərdəndir. Heyəti genişləndirməyi düşünürsüz?
– Zədəli futbolçuların çoxluq təşkil etməsi işimizə müəyən qədər təsir edir. Onsuz da geniş heyətə sahib deyilik. Üstəlik hazırda 3 futbolçumuz cərrahi əməliyyatdan sonra reabilitasiya prosesi keçir. Onlar yəqin ki, bizə qış fasiləsi zamanı qoşulacaqlar. Bəxtiyar Həsənalızadə də zədə səbəbindən 2 oyunda komandamıza kömək edə bilmədi. Bura cəzalı olduğuna görə kənarda qalan futbolçuları da əlavə etsək, problemlər olur. Çalışırıq ki, əlimizdə olan futbolçularla yarana biləcək boşluqları dolduraq. Zədə və cəza futbolun tərkib hissəsidir. Hər bir məşqçi, oyunçu buna hazır olmalıdır.

– ⁠Bu zamana qədər Elmar Baxşıyevi futbol ictimaiyyəti hər zaman baxımlı futbol nümayiş etdirən şəxs kimi tanıyıb. Məğlub olduğunuz oyunlarda belə rəqiblərinizdən geri qalmırdınız. Lakin bu mövsüm sizin dəsti-xəttinizdə dəyişiklik görünür. Sanki indi daha çox nəticəyə önəm verirsiz…
– Əksini deyərdim. Bəlkə də “Qarabag”dan sonra ikinci komandayıq ki, oyun planında da dəsti-xəttimizi qoruyuruq. Statistikaya baxsaq, kifayət qədər hücum etdiyimiz aydın olur. Sadəcə əksər oyunların taleyini 1 qol həll edib. Daha çox fərqlənmək imkanımız olub, istifadə edə bilməmişik. Bunu üzərində düşünməliyik. Amma heç bir görüşü “2-ci nömrə” kimi keçirməmişik.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 15 Noyabr 2024 20:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see284

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see268

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see254

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see231

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see228

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see224

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see213

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see210

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see204

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see203

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see203

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see202

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see190

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see188

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see186

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see180

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see176

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see173

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri