Icma.az
close
up
RU
Elmar Baxşıyev: İndiki durumda çempionluğu düşünmürəm

Elmar Baxşıyev: İndiki durumda çempionluğu düşünmürəm

Sportal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 16-cı turunda səfərdə "Səbail"ə 2:0 hesabı ilə qalib gəlib.

Sportal.az xəbər verir ki, Muxtar Respublika təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Təxmin edirdik ki, bizi necə ağır oyun gözləyir. Süni örtüklü meydançada oynayırdıq. Ona görə komandamı daha ağır oyuna kökləyirdik. Matça istədiyimiz kimi başlamadıq. Amma getdikcə oyunun ritminə komanda şəklində uyğunlaşmağa çalışdıq. Komandamı təbrik edirəm. Artırmağa potensialımız var. Ümid edirik ki, qarşıdakı oyunlarda daha da məzmunlu oynayacağıq.

- Qarşıda "Sabah" və "Qarabağ"la oyunlar var. İli yaxşı başa vura biləcəksiz?

- Sırf bu iki oyunu düşünmürük. Ümumi çempionatın 3-4-cü dövrələri var. O etaplarda komanda olaraq daha yaxşısını etməliyik ki, uğura çataq. Ümumi fikir odur ki, komandanı oyundan-oyuna hazırlayaq. Qismətdə nə varsa, onu da yaşayacağıq.

- Heyətdə yaşlı futbolçular var. Uğurun sirri nədədir? 

- "Qəbələ"də çalışarkən Asif Məmmədovun 38 yaşı var idi, amma meydanda gənclərlə eyni yükü alırdı. Futbolda cavan anlayışı keçmişdə qalıb. İndi elə yanaşmırlar. Təcrübəli oyunçularımız var. Amma biz də görürük ki, istədiyimizi ala bilirik. Bütün futbolçular istəklidir, bu, bizi sevindirir. Siz onları həftədə bir dəfə görürsüz, amma məşqlərdə də böyük işlər görürlər. 

- Sizə təcrübəli oyunçularla işləmək daha rahatdır?

- Prinsipimdə yoxdur ki, futbolçu cavandır, yaşlıdır, əcnəbi və ya legionerdir. Hamı ilə işləməyə çalışırıq. Onlar da bizə qarşılıq verirlər.

- Komandanı tonusda saxlamaq, arxayınlaşmaması üçün nə edirsiz?

- Kollektivdə elə futbolçular var ki, nəticələrə acdırlar. Oyundan-oyuna düzgün yanaşırlar ki, qələbə qazansınlar. Yaxşı kollektiv formalaşıb. Bu nəticələri qazanıblarsa, təsadüf deyil.

- "Qarabağ"la aranızda xal fərqi azdır. Psixoloji təzyiqdə sizsiz, yoxsa onlar?

- "Qarabağ" təzyiqi çoxdan keçib. Oturuşmuş komandadır. İllər öncə həmin təzyiqdən çıxıblar. Sevindirici odur ki, futbolçularım iddialıdır. Sırf "Qarabağ"la mübarizə aparaq deyə iş prinsipimiz yoxdur. Qarşıdakı matçı düşünürük. Komandanın potensialı var. Getdikcə daha yaxşı olacağıq.

- Qarşıdakı turda "Sabah"la qarşılaşacaqsız. Onlarda baş məşqçi dəyişikliyi olub. Diqqətinizi nə çəkib? 

- "Sabah" da iddialı komandadır. Yuxarı yerlər uğrunda mübarizə aparırlar. Sadəcə "Səbail"lə oyunu düşünürdük. Artıq daha sonra o matçı düşünəcəyik.

- Berbardo Dias əvəzlənəndə sanki narazı görünürdü. Bunu normal qəbul edirsiz?

- Normaldır. Tək Benni yox, bütün futbolçular oynamaq istəyir. Onların etirazını normal qarşılayıram. Futbolçu o istəyi göstərməlidir ki, daha artığını istəyir.

- Var arzu , var reallıq. Çempionluq arzudur, yoxsa reallıq?

- Elə sualdır ki, cavab vermək mümkün deyil. Mən indiki durumda çempionluğu düşünmürəm. Qış fasiləsinə iki oyun qalıb. O iki matçı düşünmək məcburiyyətindəyik. Daha çox qışdan sonra bizi nə gözlədiyi, oyun planı üzərində işləyirik. Sonrasını zaman göstərəcək.

- Qışda transfer edəcəksiz? Axtarışlar gedir?

- Ölkə daxilində hazırlıq keçəcəyik. İstirahət vaxtı çox olmadığından Bakıda qalacağıq. Transferə gəldikdə, danışıqlara başlamamışıq. Oyunları qurtaracağıq, rəhbərliklə danışacağıq və qarşıda bizi nə gözləyir, görəcəyik.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://sportal.az
archiveBu xəbər 07 Dekabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see295

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see283

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see257

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see228

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see228

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see227

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see221

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see217

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see216

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see205

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see195

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see194

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see191

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see191

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see190

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see190

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see187

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see187

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see185

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri