Icma.az
close
up
RU
Elmar Baxşıyev: “Klubda işləmək üçün mənə şərait yaradılıb”

Elmar Baxşıyev: “Klubda işləmək üçün mənə şərait yaradılıb”

Icma.az, sport24.az portalına istinadən məlumat verir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının XIV turu çərçivəsində səfərdə "Kəpəz"ə qalib gəldi – 0:2. Sport24.az xəbər verir ki, Naxçıvan təmsilçisinin baş məşqçisi Elmar Baxşıyev oyun haqqında fikirlərini bölüşərək, jurnalistlərin suallarını cavablandırıb:

"Matçın ağır olacağını öncədən də təxmin etmişdik. "Kəpəz" son dönəmlərdə yaxşı performans nümayiş etdirir. Düşünürəm ki, bu gün ideal oynamasaq da qələbə üçün hər şey etdik. Komandamı təbrik edirəm. Diqqətimizi qarşıdakı oyunlara yönəldəcəyik".

– Ardıcıl 13 oyunu məğlubiyyətsiz başa vurmaq çətin olmadı?

– Xeyr, bu baxımdan sıxıntımız yoxdur. Sıxıntımız sadəcə o idi ki, Avram bizə dünən qoşulub. Futbolçuları da başa düşmək olar. Uzun müddətdir ki, komandadan ayrıdılar. Milliyə gedən oyunçuların komandaya dönməsi bir az ritmdən uzaq qalmağına səbəb olur. Hesab edirəm ki, layiqli qələbə qazandıq. Komanda şəklində daha da inkişaf edə bilərik.

– Urfan Abbasovun yoxluğu nə ilə əlaqədardır?

- Zədəsi yoxdur. Sadəcə bir az narahat idi. Bu üzdən də süni meydançada riskə getmək istəmədik.

– Mustafa Əhmədzadə millidən hansı əhval-ruhiyyədə qayıtdı?

– Mustafa barəsində çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan bir az uzaq dursun. Hələ bərkiməlidir. İndi təriflənəcək səviyyədə deyil. Üzərində çox çalışmalıdır.

– Ardıcıl 4 quru oyunla qələbə qazanmısız. "Qəbələ" dönəminizdə hücumda effektli olsanız da müdafiəniz belə etibarlı deyildi. Nəyi dəyişmisiz?

– Ümumi iş prinsipimiz eynidir. Sadəcə bu komanda daha balanslıdır. Bu üzdən də düşünürəm ki, təkcə müdafiədə yox, hücum planında da yaxşı futbolçulara sahibik. Hansı ki, matçın taleyini 1 deyil bir neçə oyunçu dəyişə bilər. Hesab edirəm ki, "Araz-Naxçıvan" keyfiyyət baxımından həmin "Qəbələ"dən geri qalmır.

– Slavik Alxasovun performansı yaxşı mənada bizi təəccübləndirir. Onu necə bu vəziyyətə qaytardız?

– Futbolçunun yaşına yox, məşq prosesində etdiklərimə önəm verirəm. Üzərinə nə düşürsə, artıqlamasıyla etməyə çalışır. Slaviki komandaya götürəndə də tərəddüd etmirdik. Nə yaş, nə də oyun baxımından.

-Yenidən liderliyə yüksəldiz. Bu sizin üzərinizdə təzyiq yaradır yoxsa sizə daha da inam verir?

– Üzərimdə heç bir təzyiq yoxdur. Mövsümün əvvəlində də hamı düşünürdü ki, təzyiq altındayam. Amma belə deyil. Bu klubda işləmək üçün mənə şərait yaradılıb. Üzərimizə də nə düşübsə, onu etməyə çalışırıq. Düşünürəm ki, oyun planında daha yaxşı ola bilərik.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 Noyabr 2024 19:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see328

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see311

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see302

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see297

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see270

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see252

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see241

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see225

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see221

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see219

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see218

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see215

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see209

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see194

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see194

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see191

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see190

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri