Icma.az
close
up
RU
Elmar Baxşıyev: Komandam gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdi

Elmar Baxşıyev: Komandam gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdi

Icma.az, Sportal.az saytına istinadən bildirir.

"Araz-Naxçıvan" Misli Premyer Liqasının 14-cü turunda "Liv Bona Dea Arena"da "Kəpəz"i məğlub edib.

Sportal.az xəbər verir ki, ev sahiblərinin baş məşqçisi Elmar Baxşıyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Ağır oyun alındı. Bilirdik ki, kubok matçından sonra komanda şəklində daha artığını etmək məcburiyyətindəyik. Komandamı təbrik edirəm, yaxşı oyun göstərdilər. Düşünürəm ki, bu gün bəzi adamların cavabını meydançada artıqlaması ilə verdilər.

- İlk yarım saatda komandaya nə olmuşdu? Sanki sonradan ayıldılar ki, oynamaq lazımdır...

- Futbol elə oyundur ki, matç ərzində hər bir komandanın üstünlük qazanmaq şansları olur. Biz də kubok matçından sonra o stressi yaşamışdıq. Komanda şəklində də çalışdıq ki, həftə ərzində bir-birimizə daha yaxın və dəstək olaq. Həmin stressi geridə qoyduqdan sonra komanda meydançada kreativliyini artırdı.

- Bu qələbə stressdən tam çıxmağa kömək edəcək?

- Mən stress altında deyiləm. Düşünürəm ki, komandam da mənim kimi rahatdır, öz işini görür. Əlbəttə ki, uğursuzluqlar olur. O da sırf bizlə bağlıdır. Komanda şəklində potensial olaraq, daha da  artığını meydançada etməyə çalışsaq, nəticələrə də daha yaxın olacağıq.

- Felipe Santosun durumu nə yerdədir? Meydançaya çıxacaq?

- Zədəsi o qədər də ciddi deyil. Məşqlərə başlayıb. Ümid edirik ki, Felipe bu il də komandanın yanında olacaq.

- Mətbuatda haqqınızda yazılanlar sizə təsir edir? Yazılanlara baxırsız?

- Desəm ki, baxmıram...Mahal müəllim məni məlumatlandırır. Bunu sırf indi yaşayıram deyə, işimi onun üzərində qurmamışam. Premyer Liqada 7-ci ilimdir. Hələ rahat ilim olmayıb. Media tərəfdən təzyiqi həmişə yaşamışam. Yenə də, düşünürəm ki, mənimlə heç kimin prinsipi yoxdur. Sadəcə məni bərkitmək istəyirlər.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:59
embedMənbə:https://sportal.az
archiveBu xəbər 09 Dekabr 2025 19:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri