Elmar Baxşıyev: “Kubok matçlarında iki topluq fərq böyük üstünlük deyil”
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
“Kubok matçlarında iki topluq fərq böyük üstünlük deyil”.
Bunu “Araz-Naxçıvan”ın sabiq baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Azərbaycan Kubokunun yarımfinal mərhələsində “Turan Tovuz” və “Zirə” arasında bu gün baş tutacaq cavab qarşılaşmasında şansları dəyərləndirib.
“Kubok oyunları fərqli ab-havada keçir. Birinci matçda qalib gələn “Zirə” üstünlük qazanıb. Amma bir məqam da var ki, komandalar 4 günlük qrafiklə oyuna çıxacaqlar və burada həmin üstünlük ani şəkildə bitə bilər”, - deyə o, report.az-a açıqlamasında söyləyib.
E.Baxşıyev hazırlıq səviyyəsinin həlledici rol oynayacağını vurğulayıb:
“Kim daha hazırlıqlıdırsa, həmin komanda da finala daha yaxın olacaq. İki top fərqi də böyük üstünlük olmadığından, bugünkü oyunda nəticə hər iki komandanın xeyrinə dəyişə bilər”.
Qeyd edək ki, qarşılaşma Zirə İdman Kompleksinin stadionunda, saat 19:00-da start götürəcək. İlk oyunda “Zirə” “Turan Tovuz”a 2:0 hesabı ilə qalib gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 21 Aprel 2026 14:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















