Icma.az
close
up
RU
Elmar Baxşıyev: Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir

Elmar Baxşıyev: Mən heç kimə söz atmıram, bəzən reallığı çox adam görmək istəmir

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Bizim üçün ağır oyun alındı. Kubokdan sonra 3 gün vaxtımız var idi. Komanda olaraq son oyunları 4-5 gündən bir oynadığımıza görə bu gün meydanda dinamika baxımından çox aşağı səviyyədə oyun göstərdik. Amma çempionatın sonudur. Ümid edirik ki, qarşıdakı matçlarda yaxşı dincəlib, analiz edib, oyunlara hazırlaşacağıq".

Sportal.az xəbər verir ki, bu sözləri "Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev Misli Premyer Liqasının 32-ci turunun "Səbail"lə(1:1) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib. O, jurnalistlərin suallarını da cavablandırıb.

- Komanda qol vurur, amma bundan sonra sanki geri çəkilir. Bu da bir neçə dəfə olub. Nə ilə bağlıdır? 

Komandaya tapşırıq olmur ki, sırf müdafiəyə otursunlar. Futbolçuları da başa düşürük, onlar ağır tsikldə oynayırdılar. Heyətimiz də geniş deyil. Çox da rotasiyalara gedə bilmirdik. Futbolçularımın göstərdiyi oyunu da kiçiltmək niyyətində deyilik. Komandamıza yenə də inanırıq. Qarşıdakı matçlarda daha dinamik, daha sanballı "Araz-Naxçıvan" görəcəyimizə inanıram.

- Kubok əldən çıxdı, demək olar ki, turnir cədvəlində ikinci yeri tutmaq şansını da itirirsiz. Bəs, üçüncü pillədəki yerinizi də əldən çıxması mənasında komandada basqı var?

Komanda sezon ərzində əziyyət çəkib. Bura kiminsə gücünə gəlməmişik. Futbolçuların gücü, iradəsi sayəsində bu yerlərdəyik. Ancaq komanda şəklində daha artığını etməliyik ki, istədiyimiz hədəfə çataq.

- "Turan Tovuz"un ardıcıl xal itkiləri sizi nə dərəcədə motivasiya edir? Hədsiz arxayınçılıq verir?

Xeyr. Komandamızı daha çox rəqiblərdən yox, özümüzdən asılı etməyə çalışırıq.

- Əvvəlki dövrələrdə qazandığınız qələbələr sizi bu aralar xilas edir. Çünki statistikaya baxsaq, Premyer Liqada son 12 matçda cəmi 1 qələbəniz var. Bunu nə ilə izah etmək olar?

Xilas edir deyəndə, o qələbələri də kimsə bizim yerimizə qazanmayıb, özümüz qazanmışıq. Futbolda belə hallar qaçılmazdır. İndi də 6 zədəli futbolçumuz var. Hamısı da əsas heyət üzvüdür. Futbolda sıxıntılar yaşaya-yaşaya nəticədən uzaq durursan. Amma komanda çalışır. Hər şey özümüzdən asılıdır.

- Zaman-zaman hakimliklə bağlı gileyiniz, şikayətiniz olur. Ara-sıra mətbuata da söz atırsız. "Araz-Naxçıvan" ilk "altılıq"da qərarlaşan komandalar arasında ən az qol vurandır. Hakimlərin bəzi oyunlarda qərəz və səhvlərini görürük. Futbolçularınızın az qol vurmasının səbəbi nədir?

Oyunlar olub ki, bəlkə də 6-7 qol vura bilərik. Sadəcə dəyərləndirmədə bir az axsama var. Komandanın sırf az qol vurduğu da sadəcə statistikadır. Biz daim hücumdayıq, hücumda olmağa çalışırıq. Mənim öz söz atmağıma gəlincə, siz fərqli düşünürsüz. Mən heç kimə söz atmıram. Sadəcə bəzən reallığı çox adam görmək istəmir. Əgər keçən oyuna qayıtsaq, etirazımı normal qarşılamaq lazımdır. Oyunun içində olan adamam, gördüyümü sizinlə bölüşməliyəm. Fikrimcə, kubok görüşündə bizə qarşı hakim haqsızlıqları var idi. Ona kimsə göz də yuma bilər, fərqli düşünə də bilər. Biz gördüyümüz şeylər başqadır, amma qərar verən biz deyilik. Ümid edirəm ki, bizi hansısa yolla saxlamağa çalışmazlar.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sportal.az
archiveBu xəbər 27 Aprel 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri