Elmar Baxşıyev: Oyun planında daha yaxşı ola bilərik İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidən olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik".
İdman.biz xəbər verir ki, bunu "Araz-Naxçıvan" baş məşqçisi Elmar Baxşıyev deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının 14-cü turunda səfərdə "Kəpəz" üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib: "Ağır oyun olacağını bilirdik. "Kəpəz" son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq. Mənim üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm".
Qeyd edək ki, Araz-Naxçıvan"ın məğıubiyyətsiz oyunlar seriyası 13-ə yüksəlib.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 22 Noyabr 2024 20:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















