Elmar Baxşıyev: “Qaraya hər dəstəyi verməyə hazırıq”
Icma.az, futbolpress-az portalına istinadən məlumat yayır.
Azərbaycan Premyer Liqasının XII turunun “Neftçi” – “Araz-Naxçıvan” oyunundan (0:1) sonra qonaq komandanın baş məşqçisi Elmar Baxşıyev jurnalistlərin suallarını cavablandırıb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…
– Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Yolumuza davam edirik. Düşünürəm ki, bu da bizim maksimumuz deyil. Oyun planında daha da artırmalıyıq.
– İlk yarıda dinamik, hücumameyilli oynasanız da, ikinci hissədə bir az zəif göründüz. Dəyişikliklər etsəniz də, faydası olmadı…
– Futbolda elə qanun yoxdur ki, əvəzetmədən meydana daxil olan futbolçu oyunu dəyişməlidir. Birinci hissədə zədələnən oyunçumuz oldu, Bəxtiyar Həsənalızadə. Ona uyğun da rotasiyaya getməyə məcbur qaldıq. Çünki həmin mövqedə yerli olmadığı üçün əcnəbi futbolçumuzu meydana buraxdıq. İkinci hissə birinci hissədən daha çox epizodlara girdik. Sadəcə son nöqtəni qoya bilmədik.
– Qara Qarayevin sona qədər ehtiyatda qalmasının səbəbi nə idi?
– Qaranın durumu hamıya bəllidir. İki gün öncə mənim istəyimlə komandaya qoşulub. Günlər keçdikcə Qara komandamıza fayda verəcək.
– Psixoloji, yoxsa fiziki cəhətdən hazır deyil?
– Psixoloji durumu qaydasındadır. Keçmişlə yaşayacağıqsa, gələcəyə heç vaxt ümid olmayacaq. Onu başa düşür. Qaraya hər dəstəyi verməyə hazırıq. Qara təcrübəli futbolçudur, yaxşı performansa çatacaq.
– Turan Vəlizadəyə göstərilən qırmızı vərəqəni haqlı sayırsız?
– İki sarı vərəqə ilə cəzalandırıldı. Cavan futbolçudur. Cavanlarda emosiya daha artıq olur. İki oyun epizodu idi. Daha təmkinli olmalıdır.
Şahin Cəfərov
Baxış sayı:173
Bu xəbər 14 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















