Icma.az
close
up
RU
Elmar Baxşıyev qovulmağın astanasında... Azər Bağırov üçün qisas anı!

Elmar Baxşıyev qovulmağın astanasında... Azər Bağırov üçün qisas anı!

Icma.az bildirir, Footbal-plus portalına istinadən.

Misli premyer-liqasının 13-cü turunun dünən keçirilən “Qəbələ” – “Araz-Naxçıvan” (2:1) oyunu Elmar Baxşıyev üçün düşərli olmayıb.

“Football-plus.az” xəbər verir ki, “qırmızı-ağlar”ın baş məşqçisi Elmar Baxşıyevin komandasının məğlubiyyəti mütəxəssisin klubla bağlı taleyini təhlükəyə atıb.
Əslində hər şey oyun bitər-bitməz baş verib. Həmkarlarımızın iddiasına görə, matçı stadiondan izləyən Zaur Axundov baş məşqçinin fəaliyyətindən narazılığını dilə gətirib. Əlbəttə, o, haqsız deyil. Komanda son 6 matçda yalnız bir qələbə qazanıb. “Qırmızı-ağlar” 6-cı sıradadı və hadisələrin belə axarı klub rəhbərliyini qətiyyən qane edə bilməz. Odu ki, dünən rəhbərlik və baş məşqçinin iştirakıyla keçirilən iclasda Elmar Baxşıyevə xəbərdarlıq edilib. İdarəçilər mütəxəssisə həm komandanın oyun tərzindən, həm də nəticələrdən narazı qaldıqlarını, problemlərin ən qısa müddətdə aradan qaldırılmasının zəruriliyini bildiriblər.
Maraq üçün qeyd edək ki, “Araz-Naxçıvan” dekabrın 4-də ölkə kubokunun 1/8 finalında “Liv Bona Dea Arena”da “Kəpəz”lə qarşılaşacaq. Naxçıvanlıların Misli premyer-liqasının 14-cü turunda qarşılaşacağı rəqib də “sarı-göylər”di. Heç şübhəsiz, klub rəhbərliyi “Qəbələ”nin ardından daha bir elitada qalmaq uğrunda mübarizə aparan komandaya məğlubiyyəti həzm edə bilməz. Onu da nəzərə alaq ki, Gəncə təmsilçisinin baş məşqçisi vaxtilə “qırmızı-ağlar”ın baş məşqçi postunda Elmar Baxşıyevin əvəzlədiyi Azər Bağırovdu.
Öz aramızdı, deyəsən, Bağırov üçün qisas anı yetişib!
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 01 Dekabr 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see271

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see250

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see248

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see245

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see190

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see177

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see177

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see163

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see162

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see160

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see151

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see138

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri