Icma.az
close
up
RU
Elmar Məmmədyarovdan Epşteyn işi ndə adının hallanmasına REAKSİYA

Elmar Məmmədyarovdan Epşteyn işi ndə adının hallanmasına REAKSİYA

Icma.az bildirir, Demokrat.az portalına istinadən.

ABŞ Ədliyyə Departamentinin “Epşteyn işi” üzrə yeni yaydığı sənədlərdə Azərbaycan auditoriyası üçün diqqət çəkən sənədlərdən biri ABŞ Konqress üzvlərinin Bakıya səfəri ilə bağlıdır. Məlumata görə, səfər keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sponsorluğu ilə baş tutub. Bakıya səfər edən konqresmenlər Heydər Əliyevin məzarını ziyarət edib, deputat Jalə Əliyeva və digər rəsmilərlə görüşüblər. Məlumata görə, amerikalılar həmçinin o vaxtkı xarici işlər naziri Elmar Məmmədyarovla da görüşüb.
Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov Demokrat.az-a açıqlamasında haqqında səsləndirilən iddiaları təkzib edib. O, bildirib ki, sözügedən şəxslərlə görüşməyib.
“Desələr ki, mənim adım da “Epşteyn sənədləri”ndə hallanır, heç təəccüblənmərəm. Ziya Məmmədovun kiməsə və ya hansısa şirkətə Bakıya gəlmək üçün sponsorluq edəcəyinə də inanmıram. Bu məsələ çox mürəkkəbdir, ona görə də dəqiq nəsə demək çətindir. Hətta kimsə gəlibsə belə, bunun məqsədi nə olub? Axı hər şeydən əvvəl məqsəd olmalıdır. Ümumiyyətlə, Epşteynləri tanımıram. Ola bilsin, hansısa görüş olub, amma mənsiz. Epşteynlə bağlı məsələlərdən yalnız indi xəbər tutmuşam. Görürəm ki, ətrafda bu məsələ ilə ciddi dava-qırğın gedir. Amma onlarla heç vaxt görüşməmişəm. Əgər görüşdə olsaydım, açıq şəkildə deyərdim ki, bəli, görüş olub. Bu mövzuda siz məndən daha çox məlumata maliksiniz. Həmin şəxslərlə görüşüm olmayıb”.
Qeyd edək ki, ABŞ-nin Ədliyyə Nazirliyi (DOJ) həbsxanada ölən, azyaşlı qızların cinsi istismarı və insan alverində ittiham olunan amerikalı maliyyəçi Cefri Epşteynlə (Jeffrey Epstein) bağlı indiyədək ən geniş sənəd paketini ictimaiyyətə açıqlayıb. DOJ tərəfindən yaradılan “Epstein Library” platformasında ümumilikdə 3 milyon səhifə sənəd, 180 min foto və 2 min video material yerləşdirilib. Bu sənədlər Epşteynin uzun illər ərzində formalaşdırdığı beynəlxalq əlaqə şəbəkəsini, şəxsi yazışmalarını, səfər planlarını, şahid ifadələrini və istintaq materiallarını əhatə edir. Yeni açıqlanan sənədlər dünya mediasında geniş rezonans doğurduğu kimi, Azərbaycanla bağlı qeydlərin də üzə çıxması diqqət çəkib. Açıqlanan materiallar arasında Epşteynin müxtəlif illərdə yazdığı elektron məktublar xüsusi yer tutur. Bu məktubların bir qismində Azərbaycanın və Bakının adı birbaşa çəkilir.
Leyla Turan
Demokrat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:300
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Fevral 2026 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see717

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see557

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see554

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see320

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see314

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see308

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see273

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see269

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see263

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see262

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see262

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see261

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see260

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see257

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see235

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see215

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see210

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see206

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri