Elmi Bərpa Mərkəzinin əməkdaşları Gürcüstan Milli Muzeyində olublar
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzinin direktor Zərifə Məlikova, elmi işlər üzrə direktor müavini İranə Allahverdiyeva (İbrahimova), mühəndis-bioloq Arifə Laçınova, bərpaçı-rəssam Sultan Sultanov Gürcüstan Milli Muzeyinın rəsmi dəvəti ilə peşəkar işçi görüşmədə iştirak etmək üçün Tbilisi şəhərinə ezam olunublar.
Bu barədə XQ-yə Elmi Bərpa Mərkəzindən məlumat verilib.
Bildirilib ki, səfərin məqsədi Gürcüstan Milli Muzeyinin nəzdindəki Konservasiya və Bərpa Mərkəzinin mütəxəssisləri ilə qarşılıqlı peşəkar təcrübə mübadiləsi aparmaq, konservasiya və bərpa sahəsində mövcud metodologiya və praktikaları nəzərdən keçirmək, habelə gələcək əməkdaşlığı gücləndirmək və birgə təşəbbüs imkanlarını araşdırmaqdan ibarətdir.
Ezamiyyə müddətində Mərkəzin əməkdaşları Gürcüstan Milli Muzeyinin direktoru professor David Lordkipanidze, elmi işlər üzrə direktor müavini Mixeyl Tsereteli və digərləri ilə məhsuldar görüşlər keçirib, muzeyin ekspozisiyası və nəzdində fəaliyyət göstərən Bərpa Mərkəzinin rəngkarlıq, qrafika, tekstil və s. kimi laboratoriyalarının fəaliyyəti ilə yaxından tanış olub, qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Dekabr 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















