Icma.az
close
up
RU
Elmin zirvəsində parlayan ömür ŞƏRH

Elmin zirvəsində parlayan ömür ŞƏRH

Ses qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

15 aprel görkəmli oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Azərbaycan səhiyyəsi və elmində silinməz iz qoymuş bu böyük şəxsiyyət həkim, alim, pedaqoq və ictimai xadim kimi çoxşaxəli fəaliyyəti ilə xalqın yaddaşında əbədiləşmişdir.

Zərifə Əliyeva 1923-cü il 28 apreldə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində, tanınmış dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Bakıda başa vurduqdan sonra 1942-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1947-ci ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildən etibarən bütün şüurlu həyatını oftalmologiya elminə həsr etmişdir.

Əmək fəaliyyətinə Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda kiçik elmi işçi kimi başlamışdır. 1960-cı ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. Bu dövrdə Azərbaycanda traxoma əhalinin 30 faizindən çoxunda müşahidə olunan ağır sosial bəla idi. Zərifə xanım respublikanın ucqar rayonlarına ekspedisiyalara gedir, xəstəliyin yayılma ocaqlarını aşkarlayır, kütləvi müayinə və müalicə tədbirləri təşkil edirdi. Onun işləyib hazırladığı müalicə-profilaktika üsulları Səhiyyə Nazirliyi tərəfindən təsdiqlənərək bütün müalicə müəssisələrində tətbiq olundu. Məhz bu fədakar əməyin nəticəsində 1960-cı illərin sonunda traxoma Azərbaycanda kütləvi xəstəlik kimi ləğv edildi.

Alimin elmi maraqları traxoma ilə məhdudlaşmırdı. 1960-cı illərdən başlayaraq o, sənaye müəssisələrində çalışan işçilərin görmə orqanının peşə xəstəliklərinin öyrənilməsinə başladı. Xüsusilə kimya, elektronika və şin istehsalı sahələrində zərərli amillərin gözə təsirini kompleks şəkildə tədqiq etdi. 1976-cı ildə "Şin istehsalında görmə orqanının peşə patologiyası" mövzusunda doktorluq dissertasiyası müdafiə etdi. Bu iş SSRİ məkanında peşə oftalmologiyası sahəsində ilk sanballı tədqiqat idi. Tədqiqat nəticəsində profilaktik tədbirlər sistemi işlənib hazırlandı və istehsalatda tətbiq edildi.

Traxoma və peşə patologiyası ilə yanaşı, Zərifə Əliyeva korluğun əsas səbəblərindən biri olan qlaukoma xəstəliyinin patogenezi, erkən diaqnostikası və müalicəsi ilə bağlı fundamental tədqiqatlar apardı. "Gözün hidrodinamik sisteminin fiziologiyası" monoqrafiyasında gözdaxili təzyiqin tənzimi mexanizmlərini açıqladı və qlaukomanın inkişafına dair yeni nəzəriyyələr irəli sürdü. Viruslu konyunktivitlər, görmə sinirinin zədələnmələri, dakriologiya, uşaqlarda göz xəstəlikləri də onun tədqiqat dairəsinə daxil idi.

Zərifə Əliyevanın elmi irsi 12 monoqrafiya, dərslik və dərs vəsaiti, 150-yə yaxın elmi məqalə, 1 ixtira və 12 səmərələşdirici təklifdən ibarətdir. Ən mühüm əsərləri sırasında 1960-cı ildə nəşr olunan "Traxomanın müalicəsi və profilaktikası", 1980-ci ildə çapdan çıxan "Kimyəvi istehsalatda peşə oftalmologiyası", 1981-ci ildə yazdığı "Şin istehsalında gözün peşə patologiyası", 1983-cü ildə nəşr edilən "Gözün hidrodinamik sisteminin fiziologiyası" və 1989-cu ildə həkimlər üçün hazırladığı "Müasir cərrahiyyə oftalmologiyada" kitabını qeyd etmək olar.

Elmi fəaliyyəti yüksək qiymətləndirilən Zərifə xanım 1977-ci ildə professor elmi adını almış, 1983-cü ildə isə Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir. 1981-ci ildə oftalmologiya sahəsində görkəmli nailiyyətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. O, bu mükafatı alan ilk azərbaycanlı qadın alim kimi tarixə düşmüşdür. Həmçinin Azərbaycan SSR-in Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdür.

Pedaqoji fəaliyyəti də zəngin olmuşdur. 1967-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunmuşdur. 1969-cu ildə dosent, 1977-ci ildə professor, 1983-cü ildə isə kafedra müdiri olmuşdur. 1985-ci ilə qədər burada çalışaraq respublikanın bütün bölgələrindən gələn həkim-oftalmoloqların ixtisasının artırılması, yeni müalicə metodlarının tədrisi ilə məşğul olmuşdur. Onun mühazirələri dərin elmi məzmunu və praktik yönümü ilə seçilirdi. Rəhbərliyi ilə 18 nəfər fəlsəfə doktoru və elmlər doktoru hazırlanmışdır. Bu gün Azərbaycanda çalışan oftalmoloqların böyük əksəriyyəti onun tələbələri və ya tələbələrinin tələbələridir.

Zərifə Əliyeva yüksək mənəvi keyfiyyətlərə malik şəxsiyyət idi. Daim kimsəsiz və valideyn himayəsindən məhrum olan uşaqlara qayğı göstərir, uşaq evlərinə baş çəkir, onların müalicəsi ilə şəxsən maraqlanırdı. "Yüksək etimad" adlı kitabında gənc həkimlərə müraciət edərək onları Hippokrat andına sadiq qalmağa, xəstəyə insan kimi yanaşmağa çağırmışdır. Bu əsər bu gün də tibb universitetlərində mənəviyyat dərsliyi kimi tədris olunur.

İctimai xadim kimi Azərbaycan SSR Ali Sovetinin deputatı, Sülhü Müdafiə Komitəsinin üzvü, "Bilik" cəmiyyəti idarə heyətinin üzvü olmuşdur. Qadınların cəmiyyətdə rolunun yüksəldilməsi və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələlərində fəal mövqe tutmuşdur. Bütün şöhrətinə baxmayaraq son dərəcə təvazökar, sadə və səmimi insan olmuş, vəzifə və adlarını xalqa xidmət üçün vasitə hesab etmişdir.

Akademikin vəfatından sonra onun elmi irsini yaşatmaq məqsədilə Nazirlər Kabinetinin 13 iyun 2009-cu il tarixli qərarı ilə Respublika Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutuna Akademik Zərifə Əliyeva adı verilmişdir. Hazırda Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi ölkədə oftalmoloji xidmətin aparıcı elm-təcrübə müəssisəsidir. 2023-cü ildə Prezident Sərəncamı ilə 100 illik yubileyi dövlət səviyyəsində geniş qeyd edilmişdir.

Ulu Öndər Heydər Əliyev həyat yoldaşı haqqında demişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Akademik Zərifə Əliyeva 1985-ci il 15 apreldə Moskva şəhərində vəfat etmişdir. 1994-cü ildə nəşi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun zəngin elmi irsi, yaratdığı məktəb və tərbiyə etdiyi kadrlar bu gün də Azərbaycan səhiyyəsinə xidmət edir. 15 aprel təkcə anım günü deyil, həm də Azərbaycan tibb elminin və mərhəmətli həkimliyin təntənəsi günüdür.

Kənan Quliyev

YAP Laçın rayon təşkilatının məsləhətçisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 Aprel 2026 11:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Barselona”dan möhtəşəm qələbə: 7 qollu oyunda “Rayo” darmadağın edildi

01 Sentyabr 2026 01:35see274

Əl ayağınız şişirsə, su çatışmazlığından ola bilər

31 Avqust 2026 17:04see273

Bu qidalar sərxoşluqdan sonrakı vəziyyəti ağırlaşdıra bilər Həkimlər izah ETDİ

31 Avqust 2026 21:50see261

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı mühüm açıqlama: Qars Dilucu dəmir yolu istifadəyə veriləcək

01 Sentyabr 2026 10:59see260

Ürək döyüntüsü 100 olanlar 2 analiz versin

31 Avqust 2026 16:33see247

İrana qarşı iqtisadi təzyiq aylarla davam edə bilər Bessent

31 Avqust 2026 18:53see245

Düyü, kartof və makaronu soyuq yeyin İZAH

31 Avqust 2026 16:39see228

Kosmosda sakitlik olacaq? Sentyabrın ilk yarısında maqnit fırtınaları ilə bağlı proqnoz

01 Sentyabr 2026 04:02see220

Astarada şəhid ailələri üçün mənzillər alınacaq

01 Sentyabr 2026 00:19see218

Zamiq 90 dəqiqə oynadı, “Eqnatiya” geri dönüş etdi

01 Sentyabr 2026 02:14see215

Şuşa Laçın avtomobil yolunda qazıntı aparan 2 nəfər vəfat edib

31 Avqust 2026 22:04see213

Əli Cəbrayılova UEFA dan beynəlxalq təyinat

01 Sentyabr 2026 01:02see207

Yüksək dozalı venadaxili C vitamini yenidən apteklərdə! Preparatın idxalı bərpa olundu

31 Avqust 2026 17:01see205

Havaların qəfil dəyişməsi sağlamlığımıza necə təsir edir? HƏKİM DANIŞDI

01 Sentyabr 2026 12:04see203

Azərbaycanı Düşənbədə onlar təmsil edəcək

02 Sentyabr 2026 03:20see190

Goranboyda güclü partlayış oldu

02 Sentyabr 2026 01:20see180

Bu vərdişlər diş çürüməsi riskini artırır ARAŞDIRMA

01 Sentyabr 2026 09:02see171

Putinlə Paşinyan arasında mübahisə düşdü

02 Sentyabr 2026 01:17see169

Dietoloqlar arıqlamaq üçün ən yaxşı iki meyvənin adını çəkiblər...

31 Avqust 2026 21:05see169

Bakıda ən bahalı, 10 milyon manatlıq evin içində nə var ki? ƏCAİB QİYMƏTLƏR

01 Sentyabr 2026 17:16see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri