Icma.az
close
up
RU
“Elmir Ramazanov sahibkarlara zülm edir” Bakı Baş Gömrük İdarəsindən ŞİKAYƏT

“Elmir Ramazanov sahibkarlara zülm edir” Bakı Baş Gömrük İdarəsindən ŞİKAYƏT

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

“Ölkədə pulu, biznesi, vəzifəsi olanın da sabaha ümidi yoxdur, olmayanın da… Sağ-solu bilinməyən dərin bir qeyri-müəyyənlik hökm sürür, pul qazanmaq üçün bütün yolları məqbul hala gətiriblər - istedad, bilik, mənəvi-hüquqi məsələlər arxa plana keçib, kim-kimi harda tutdu aldadır, soyur. Bu baxımdan iş adamlarının vəziyyəti daha çox ağırdır, ölkədə bir qisim məmur var ki, onlar iş adamlarını soyub-talamaq hesabına varlanıblar”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Samir Feyruzov öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, qeyri-münbit şərait iş adamları külli miqdarda borca salır:

“Sosial xərclər, vergi, gömrük xərcləri, işçilərin maaşları bir tərəfdən, dövlət qurumlarının qanunsuz tələbləri digər tərəfdən iş adamlarının belini qırıb. Hamısı müflis ola-ola gedir. Hansı iş adamını dindirirsən, qan ağlayır. Baxırsan ki, işçilərinin sayı günbəgün azalır, istehsalı aşağı salıb, obyektlərini satışa çıxarıb. Kasıba nə var, olsa yeyir, olmasa, ac-susuz evində oturur. Amma qeyri-münbit şərait iş adamları külli miqdarda borca salır. pizza hut

Prezident sahibkarların qorunması, onlara yaradılan süni əngəllərin aradan qaldırılması ilə bağlı dəfələrlə çağırışıb edib. Amma bəzi dövlət qurumları, xüsusilə də gömrük orqanları bu çağırışları eşitmək, görmək istəmir.

Məsələn, sahibkarların Bakı Baş Gömrük İdarəsi ilə bağlı şikayətləri artıq ciddi narazılıq doğuran həddə çatıb. İdarənin 38 yaşlı rəisi Elmir Ramazanov sahibkarlara zülm edir. Məndə müxtəlif faktlar var, amma araşdırılsın görək, 2023-cü ildə bu vəzifəyə təyin edilən E.Ramazanov bu qısa müddət ərzində necə varlanıb? Bu 3 il ərzində onun əldə etdikləri araşdırılsa, nə baş verdiyini anlamaq elə də çətin olmayacaq. Bu idarənin yaratdığı problemlər, qanunsuz tələblər səbəbindən yüzlərlə sahibkar ciddi maliyyə itkiləri ilə üzləşib, bəziləri bizneslərini bağlayıb və ev-eşiklərini sataraq ölkədən köçüb gediblər. Gömrük orqanları sahibkarlara dəstək verməli deyildi, nə oldu bəs?!

Mənim heç kəslə qərəzim yoxdur, yazdıqlarımı, danışdıqlarımı da özümdən uydurmuram. Müşahidələrimə, sahibkarların müraciətlərinə və qarşılaşdığım faktlara əsaslanıram.

Gömrük Komitəsi müxtəlif maklerlər vasitəsilə medianın bir hissəsini pulla ələ alıb. Bu səbəbdən gömrük sahəsində baş verən bir çox problem lazımi səviyyədə ictimailəşmir. Problem ictimailəşməyəndə isə həm cəmiyyət, həm də aidiyyəti qurumlar real vəziyyətin miqyasından xəbərsiz qalır.

Sahibkarların müxtəlif qurumlara şikayətləri gömrük orqanlarının aqressiyasını daha da artırır, münasibətlər daha da gərginləşir. Nəticədə sahibkar qanunsuz tələblərlə razılaşmalı olur. Razılaşandan sonra da ölkə iqtisadiyyatına zərbə dəyir.

Bir məmurun firavan həyat tərzi ölkə iqtisadiyyatından, xalqın mənafeyindən, sahibkarın hüquqlarından daha üstün ola bilərmi? Bu sahibkarların bir hissəsi 30-40 ildir dişi-dırnaqları ilə çalışaraq gəlib bu yerə çatıblar.

Müşahidə etdiyim başqa bir paradoks var - qanunlara əməl etməyən, müxtəlif fırıldaq üsullarından istifadə edən sahibkarın işi daha rahat gedir, dürüst işləyən və vergisini ödəyən sahibkar isə daim müxtəlif maneələrlə üzləşir”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 Sentyabr 2026 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see621

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see497

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see475

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see324

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see313

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see305

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see304

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see300

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see293

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see287

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see263

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see261

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see257

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see254

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see254

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see249

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see248

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see246

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri