Icma.az
close
up
RU
Menu

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Borussiya dan qələbə, Ayntraxt uduzdu

İsrail bu aviabazadan personalı təxliyə edir

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

Elmir Səftərov: Azərbaycan Suriya əlaqələri yeni mərhələyə qədəm qoyur

Elmir Səftərov: Azərbaycan Suriya əlaqələri yeni mərhələyə qədəm qoyur

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün  Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşıladılar.


Siyasi şərhçi Elmir Səftərov Sherg.az-a açıqlamasında deyib ki, Azərbaycan və Suriya arasında diplomatik əlaqələr 1992-ci il martın 28-də qurulsa da, diplomatik münasibətlər, iqtisadi və mədəni əlaqələr bu ölkədəki münaqişə səbəbindən effektiv və genişmiqyaslı şəkildə həyata keçirilmirdi və məhdud çərçivədə qalırdı:

"Suriyada 61 illik Baas rejiminin süqutundan sonra isə iki ölkə arasında münasibətlərin normallaşması və inkişafı prosesinə zəmin yarandı. Belə ki, İslam həmrəyliyi prinsipinə, humanist və ümumbəşəri dəyərlərə sadiqlik nümayiş etdirən Azərbaycan  tərəfindən genişmiqyaslı humanitar böhranın yaşandığı bölgələrin əhalisinə daim yardım göstərilməsi ənənəsi Suriyadakı böhran zamanı da davam etdirildi. Prezident İlham Əliyevin tapşırığa əsasən, donor ölkə kimi tanınan Azərbaycanın xarici siyasətindəki prioritetlərindən biri də sülhə, sabitliyə töhfə vermək, az inkişaf etmiş ölkələrə, böhrandan əziyyət çəkən insanlara dəstək göstərməkdən ibarətdir. Bu məqsədlə də Suriya xalqının üzləşdiyi humanitar problemlərin aradan qaldırılmasına dəstək məqsədilə 2024-cü və 2025-ci illərdə ölkəmiz tərəfindən Suriyaya humanitar yardım karvanı yola salındı. Həmçinin dağıntılara məruz qalmış ərazilərində Azərbaycan humanitar yardımın paylanması aksiyasında iştirak etdi".


Analitik xatırladıb ki, Suriyadakı vətəndaş müharibəsi zamanı bu ölkənin Azərbaycanla diplomatik münasibətləri pozulmuş, səfirliyimizin fəaliyyəti dayanmışdı:

"Suriyada rejim dəyişikliyindən sonra münasibətlərin normallaşmasının davamı kimi, 2025-ci il fevralın 17-də Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa etdi. Dünya nizamının yenidən qurulması və güc balansının müxtəlif regionlarda dəyişməsi özlüyündə müəyyən risklər yaratması  etibarlı dostluq və əməkdaşlıq əlaqələrinin zərurətini ortaya qoydu. Azərbaycan hər zaman Suriyaya münasibətdə beynəlxalq hüququn prinsiplərinə əsaslanan yanaşma siyasətini yürüdərək,  bu ölkədə 

davamlı sülhün və sabitliyin bərqərar olmasının tərəfdarı olub. Hazırda da Azərbaycanın və Suriyanın keçid hökumətinin əməkdaşlığı ikitərəfli əlaqələrin inkişafına və daha da irəli aparılmasına töhfə verən amillərdəndir. Azərbaycanın regionda yaratdığı yeni reallıqlar və qlobal miqyasda artan nüfuzu ölkəmizlə əməkdaşlığa təşəbbüs göstərən tərəflərin sayını artırıb. 

Hazırda da Suriyanın keçid dövrünün Prezidentinin Azərbaycana səfəri əlaqələrimizin yeni mərhələyə qədəm qoymasını və inkişaf yolunda olduğunu göstərir. Bu da siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanlar yaradır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyul 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see270

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see249

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see247

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see244

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see213

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see184

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see180

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see176

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see172

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see164

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see162

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see160

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see158

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see154

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see150

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see149

Borussiya dan qələbə, Ayntraxt uduzdu

14 Yanvar 2026 03:20see140

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see137

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see136

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri