Icma.az
close
up
RU
Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında

Elmira Axundovanın yaxın adamı həbsin bir addımlığında

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Azərbaycanın Ukraynada səfiri olmuş Elmira Axundovanın yaxın adamı kimi tanınan Elnur İbrahimov növbəti dəfə həbs edilə bilər.

KONKRET.az qaynarinfo-ya istinadla xəbər verir ki, Elnur İbrahimovun dələduzluq cinayətində zərərçəkmiş kimi tanınan Fərman Məmmədov bir müddət əvvəl Sabunçu Rayon Məhkəməsində dəymiş zərərin indeksasiya edilməsi barədə iddia qaldırıb.

Məhkəmə zərərçəkmişin iddiasını təmin edib və zərərin məbləği 350 000 manatdan 513 000 manata qədər artırılıb. Bu məbləğ xüsusilə külli miqdar hesab olunur.

Bundan sonra Fərman Məmmədov zərərin ödənilməsinin təmin olunması üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Əldə etdiyimiz məlumata görə, hələlik bir məhkəmə iclası keçirilib və hakim Elnur İbrahimova xəbərdarlıq edib. Elnur İbrahimov zərəri ödəməkdən yayınmaqda davam edəcəyi təqdirdə inzibati qaydada həbslə üzləşə bilər.

Elnur İbrahimov Elmira Axundova və onun oğlu Həbib Axundovun da adının hallandığı müdhiş dələduzluq cinayətinin əsas fiqurantıdır. Bu məsələ 2013-cü ildən, yəni cinayətin baş verdiyi vaxtdan medianın gündəmindədir.

Zərərçəkənlər bu məsələdə Elmira Axundovanın oğlu Həbib Axundovun da mühüm rol oynadığını iddia edirlər. Lakin Həbib Axundov özünün də Elnur İbrahimov tərəfindən aldadıldığını deyərək cinayət işində zərərçəkmiş şəxsə çevrilib.

Dələduzluq hadisəsi 2013-cü ildə baş versə də, Elnur İbrahimov 2016-cı ildə həbs edilib. O, 3 il müddətində məsuliyyətdən yayına bilib. Zərərçəkənlər bu məsələdə ona Elmira Axundovanın yardımçı olduğunu iddia edirlər.

2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsi onu 9 il azadlıqdan məhrum etsə də, o, vaxtından əvvəl həbsdən çıxmağı bacarıb – dəymiş zərərdən bir manat belə ödəmədən.

Elmira Axundova 2005-2019-cu ildə Milli Məclisin deputatı, 2020-2023-cü illərdə isə Azərbaycanın Ukraynadakı səfiri olub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:176
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri