Icma.az
close
up
RU
Elmlər Akademiyasında “Milli hökumət 80” elmi konfransı

Elmlər Akademiyasında “Milli hökumət 80” elmi konfransı

Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Cənubi Azərbaycan ədəbiyyatı şöbəsi Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış Milli Hökumət və Demokratik Firqənin 80 illiyinə həsr olunmuş elmi konfrans keçirib. Konfransda institutun əməkdaşları, müxtəlif ali məktəb və tədqiqat institutlarının nümayəndələri, İranlı Mühacirlər Cəmiyyətini təmsil edən qonaqlar iştirak etmişlər.

Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Rəhim Əliyev konfransı açaraq, Azərbaycan Milli Hökumətinin mövcud olduğu şərəfli və ziddiyyətlərlə dolu tarixi dövr (1945-1946-cı illər) və 21 Azər Hərəkatının əhəmiyyəti haqqında geniş çıxış etdi. Konfrans iştirakçılarının diqqətinə çatdırıldı ki, 2025-ci ili bütövlükdə Milli Hökumətin və onun fəaliyyətinin 80 illik yubiley ili kimi qeyd etməyi qarşısına məqsəd qoymuş Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin əməkdaşları il ərzində bu məqsədlə bir neçə sanballı tədqiqat və tərtib kitabı, elmi və publisistik məqalələr hazırlayaraq, nəşr etdirmişlər. Milli Hökumətin əsas siyasi sənədlər toplusu olan “Qızıl səhifələr” kitabı (“Elm” nəşriyyatı, 2025) o dövrün tarixi gerçəkliklərini bütün çılpaqlığı ilə özündə əks etdirir. Eyni zamanda, xalq yazıçısı – Milli Hökumətin rəhbərlərindən olmuş Mirzə İbrahimovun həmin illər ərzində gizli imza altında yazıb çap etdirdiyi məqalələrin öz əksini tapdığı “Mirzə İbrahimov. Gizli imzalı məqalələr. Təbriz - 1945” kitabı da bu baxımdan olduqca böyük əhəmiyyət daşıyır. Kitabın rəyçisi, xalq şairi Sabir Rüstəmxanlının Önsözü ilə açılan topluya, layihənin müəllifi, eyni zamanda elmi redaktoru Rəhim Əliyevin “Mirzə İbrahimov “Azərbaycan” qəzetində (1945-1946)” adlı geniş araşdırma yazısı daxil edilmişdir.

Şöbə müdirinin çıxışı geniş müzakirələrlə davam etdi. Bakı Slavyan Universiteti Regionşünaslıq kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, iranşünas İbrahim Quliyev, Xarici Dillər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, yazıçı-tərcüməçi Loğman Rəşidzadə, rejissor Natiq Cavadzadə və başqalarınn Milli Hökumət dönəmi, S.C.Pişəvəri və 21 Azər Hərəkatının müxtəlif məqamlarını özündə əks etdirən çıxışları maraqla qarşılandı.

Məruzələr panelində fil.e.d., baş elmi işçi Pərvanə Məmmədlinin “Milli Hökumət dövründə yaranmış ədəbiyyatda yeni meyllər”, fil.e.d., baş elmi işçi Esmira Fuadın “Əli Tudənin xatirələrində Milli Hökumət dönəmi hadisələrinə münasibət”, fil.f.d., aparıcı elmi işçi Mahmizər Mehdibəyovanın “Mirzə İbrahimov publisistkasında Milli Hökumət mövzusu”, fil.f.d., aparıcı elmi işçi İlham Məmmədlinin “S.C.Pişəvəri və Milli Hökumət” mövzusunda məruzələri dinlənildi.

Sonra söz qonaqlara verildi. İranlı Mühacirlər Cəmiyyətininin nümayəndələri – cənubşünas, milli fəal Yədulla Kənani, jurnalist Güləddin İsmayılov, İranlı Mühacirlər Ədəbi Birliyinin sədri, şair-tədqiqatçı Tariyel Ümid, Nasir Məmmədov, müstəqil jurnalist Namiq Hüseynov və digər qonaqlar Seyid Cəfər Pişəvərinin rəhbərliyi altında yaradılmış Milli Hökümətin tarixi əhəmiyyətindən danışdılar, 80 illiyi qeyd olunan həmin möhtəşəm dövrün keşməkeşli hadisələrini və qanlı faciələrlə müşayət olunan 21 Azər Hərəkatının başvermə səbəblərini açıqladılar. Y.Kənani İranlı Mühacirlər Cəmiyyətinin “Milli Hökumət-80” layihəsi çərçivəsində nəşr etdirdiyi iki kitabı Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinə hədiyyə etdi.

Konfransı lentə alan GünAz.TV-nin əməkdaşı Rizvan Əhmədova minnətdarlığını bildirən R.Əliyev, tədbir iştirakçılarının nəzərinə çatdırdı ki, Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin hazırlayıb nəşr etdirdiyi daha bir kitab dünyaca məşhur GünAz.TV (Güney Azərbaycan Televiziyası)-nin təsisçisi və rəhbəri – fədakar vətənpərvər ziyalı, parlaq ictimai-siyasi xadim Əhməd Obalının seçilmiş çıxış və məqalələrinin toplandığı “Əhməd Obalı. Bir Yol, bir Bayraq” kitabıdır. Milli Azadlıq Hərəkatının mücahidlərindən olan bu görkəmli şəxsiyyətin həyat və mübarizə yolu bugünkü gəncliyimiz üçün əsl nümunədir.

Bu da qeyd olunmuşdur ki, şöbə əməkdaşlarının gərgin səyi nəticəsində, həm il ərzində nəşr edilmiş kitablar haqqında, həm də Güney Azərbaycanın ictimai-sosial, ədəbi və mədəni həyatının tanınmış nümayəndələrinin həyat və yaradıcılığını, folklor mühitini özündə əks etdirən araşdırma və tədqiqat əsərləri çap etdirilərək, geniş ictimaiyyətə təqdim olunmuşdur.

Şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, şair Qiymət Məhərrəmli görkəmli dövlət xadimi, böyük yazıçımız Mirzə İbrahimovun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılmış Cənubi Azərbaycan ədəbiyyatı şöbəsində professor R.Əliyevin rəhbərliyi altında tədqiqat işlərinin indi də uğurla davam etdirildiyindən, bu gün baş tutan elmi konfransın keçirilməsinin də elə bu məqsədə xidmət etdiyindən danışaraq, “Can Təbriz” şeirini səsləndirdi.

Sonda Rəhim Əliyev konfrans iştirakçılarına təşəkkür edərək, bundan sonra da Milli Hökumət nümayəndələrinin işıqlı xatirəsinin əziz tutulacağını, qoyduqları şərəfli tarixi yolun təbliği istiqamətində mühüm işlər görülməsi məqsədilə aparılan tədqiqatları daha da genişləndirəcəklərini bildirdi.

Facebook WhatsApp Telegram Twitter Share


OXŞAR XƏBƏRLƏR

“Səksənə çatanda səksənir hamı...” - Ramiz Rövşəndən özünə şeir - VİDEO

15 Dekabr 00:27

Mədəniyyət Nazirliyi qrant müsabiqəsinin nəticəsini AÇIQLADI - Qalib 54 QHT-nin SİYAHISI

14 Dekabr 21:49

“Uşaqlığın son gecəsi”nin Zaurunun acı sonu – Evində görün necə tapılıb

14 Dekabr 12:59

İlk qadln yazıçımız: Səkinə Axundzadə - 160

12 Dekabr 21:58

Yazıçı, publisist Natiq Məmmədlinin “Sev” romanının təqdimatı olub

12 Dekabr 14:33

Səfirlik “Memarlıq və Qadınlar” adlı müsabiqə təşkil edib -FOTO

11 Dekabr 14:31

Afaq Həbibinin “Harmoniya”sı - SOLO SƏRGİ

9 Dekabr 14:15

Nizami Gəncəvinin “Leyli və Məcnun” əsəri Türkiyə türkcəsində nəşr olunub

9 Dekabr 14:12

“Məhsəti Gəncəvi çempion olub” – Şeyx Əbdüldən ilginc fakt

8 Dekabr 14:38

Qazax şairinin “Qarabağ” poeması “İlin ən yaxşı kitabı” seçilib

8 Dekabr 12:19

“Susaraq danışan şair”in yeni kitabı çıxıb

8 Dekabr 11:09

Məhsətiyə daş atanların qaranlıq üzü

7 Dekabr 12:50

“Onlar rəqs etmək, sərxoş olmaq, sevişmək və yaratmaq istəyirdilər” – “Məhsəti” danışdı

6 Dekabr 11:12

“Məshətinin şeirlərini oxumaq üçün gərək üç nöqtədən istifadə olunsun” - Filoloq-alim

5 Dekabr 12:44

Əbülfəs Qarayevin qızı Azərbaycan mədəniyyətini niyə təhqir edir?

4 Dekabr 23:35

Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazir qızı kimdir? - DOSYE

4 Dekabr 16:58

Əbülfəs Qarayevin qızı Məhsəti Gəncəvini əxlaqsız kimi təqdim edibmiş

4 Dekabr 15:00

Bu şəxslərə 4000 manat veriləcək - SİYAHI

27 Noyabr 14:26

REKLAM SAHƏSİ

MANŞET XƏBƏRLƏRİ

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” - Karen Avanesyan

10:59

Lirə sürətlə dəyər itirir: Azərbaycan bazarına NECƏ TƏSİR EDƏCƏK?

10:11

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı

09:21

Qafanda Azərbaycan bayrağı qaldırılıb – VİDEO

15 Dekabr 16:40

İslam Rzayev işsiz və aztəminatlı şəxslərin pulunu mənimsəyibmiş

15 Dekabr 12:22

Kimlərə iki dəfə çox maaş ödəniləcək? - AÇIQLANDI

15 Dekabr 10:43

SON XƏBƏRLƏR

Neft kəskin ucuzlaşdı – 20 ayın ən aşağı göstəricisi

11:24

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

11:10

ABŞ narkotik daşıdığı iddia edilən üç qayığı vurdu: Ölənlər var

11:06

“Mənə yaxşı baxırlar, hökumət də, məhkəmə də sağ olsun” - Karen Avanesyan

10:59

Tramp BBC-dən 10 milyard dollar təzminat istəyir

10:52

Maduro: Amerika xalqı mənim ölkəmlə müharibəyə yol verməyəcək

10:48

Azərbaycan ərazisindən Ermənistana buğda nəqli davam edir

10:35

Türk mənşəli dini-sakral-Şemanixa çayı, Şaman dağı - Və eyni mənşəli antrotoponimlər

10:24

Maskın sərvəti 600 milyard dolları keçib

10:21

Elmlər Akademiyasında “Milli hökumət - 80” elmi konfransı

10:14

Lirə sürətlə dəyər itirir: Azərbaycan bazarına NECƏ TƏSİR EDƏCƏK?

10:11

21 Azər Hərəkatının 80-ci ildönümü

10:08

Kəlbəcərə 11 sm qar yağıb - FAKTİKİ HAVA

10:07

Bir daha Himnimiz haqqında

09:52

Vaxtilə vaqon oğurluğu ilə məşğul olan Şərurlu İsfəndiyar cinayət məsuliyyətinə cəlb oluna bilər? - AÇIQLAMA

09:49

"Mübarizəyə həsr olunmuş ömür" -  Ələsgər Siyablının yeni kitabı haqqında

09:47

Qarapapaqların və qaraqalpaqların etnik  tarixinə müqayisəli-tipoloji kontekstdə baxış

09:41

Abbas Abbasov axtarışa verildi

09:37

"Gizir Xanı"ya şəhidlik statusu verildi

09:29

Birqulaqlı “xalq qəhrəmanı” quldur Andranik kimdir?

09:22

Azərbaycanda belə dəfn mərasimləri qadağan edilə bilər? – Erməni detalı

09:21

Ekstrasensdən Putin haqda şok proqnozlar - 2026-da...

09:16

Sos kəndinə 21 ailə yola salındı

09:12

Hüseyn Cavidin dünyagörüşündə milli fəlsəfi və türkçülük görüşləri

09:12

Məktəbləri bağlamaqla fəxr etmirik - Emin Əmrullayev

00:06

Qızılbaşlıqdan şiəliyə keçid

15 Dekabr 23:58

İki Devlet, Tek Yürek: Bakü’den Türkiye’ye Bir Gönül Penceresi

15 Dekabr 23:34

Bilik Kuboku” layihəsi: final mərhələsi uğurla baş tutub - FOTOLAR

15 Dekabr 23:19

Gələn il Qarabağ Universitetində neçə tələbə oxuyacaq?

15 Dekabr 22:59

Azərbaycan bu dəfə İranı bağışlayacaq?

15 Dekabr 22:50

Türkiyəyə naməlum dron yaxınlaşdı - Qırıcılar havada vurdu - TƏCİLİ

15 Dekabr 22:40

Ortaq dil, ortaq gələcək – bu gün ilk dəfə Beynəlxalq Türk Dili Ailəsi Günü qeyd edilir

15 Dekabr 22:30

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası tərəfindən Ulu Öndər Heydər Əliyevin anım günü qeyd olunub

15 Dekabr 22:25

Qısa Hekayələr – Böyük Duyğular!

15 Dekabr 22:17

Rusiyanın sualtı gəmisinin partladılma anının - Videosu

15 Dekabr 21:58

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində qanvermə aksiyası keçirilib

15 Dekabr 21:49

Kiyevə hava zərbəsi: Bu dəfə azərbaycanlılar hədəf oldu

15 Dekabr 21:44

"Qitə getdikcə müharibə atmosferinə bürünür" - Avropa Rusiyanı qızışdırır? - ŞƏRH

15 Dekabr 21:20

Luvr Muzeyi yenidən bağlanmaq təhlükəsi ilə üz-üzədir

15 Dekabr 20:47

Ukrayna hərbi-dəniz dronları Rusiyanın "Kalibr" gəmisini vurdu

15 Dekabr 20:37

Daha çox xəbər Bütün xəbərlər

ÇOX OXUNANLAR

Əli Həsənov danışdı: “Həyat yoldaşım Ramiz Mehdiyevin arvadı ilə...”

17 Noyabr 15:19

Arayikin Göyçə gölündəki dəbdəbəli villası üzə çıxdı – görün kimə qismət olub... + FOTO

16 Noyabr 12:57

Xalqımızın "sapı özündən olan" bəlası: “Mürtəd”in 88, xəyanətin 13 yaşı....

7 Dekabr 14:18

Elman Nəsirov vətəndaşlara müraciət etdi: “2026-cı ildə daha yaxşı yaşayacaqsınız”

20 Noyabr 12:18

Ermənilər Moskvada ayağa qalxdı: Etirazlar başlayıb – VİDEO

15 Noyabr 21:35

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış - 33 illik araşdırma

19 Noyabr 16:37

Türkiyə 600-dən çox rusu dənizin ortasında saxlayır – Gərginlik

20 Noyabr 16:56

Azərbaycanın məşhur gölündə “əməliyyat” başladı – Tehranın planı

16 Noyabr 16:43

Paşinyanın deputatlığa namizədlər siyahısındakı Knyaz Həsənov kimdir?

2 Dekabr 15:34

Xalq artistinin qızı erməni stilistlə əl-ələ - FOTO + VİDEO

27 Noyabr 12:44

Azay Quliyev ATƏT PA-nın toplantısında Ukraynada Azərbaycan Səfrliyinin vurulmasını pislədi

18 Noyabr 22:46

İran bu ölkəyə ballistik raket zərbəsi endirdi - VİDEO

30 Noyabr 00:01

Pensiya ilə bağlı bəd xəbər: Sovet dövründə çalışanlar...

21 Noyabr 23:16

Baş nazir və hökumət üzvləri MİLLİ MƏCLİSDƏ – Büdcə müzakirələri BAŞLADI

19 Noyabr 11:46

PrevNext

Dekabr 2025

B.E.Ç.A.Ç.C.A.C.Ş.B.12345678910111213141516171819202122232425262728293031    

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 16 Dekabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri