Elmlər doktoru 700 manat maaş alırsa, verəcəyi töhfə sual altındadır İnstitut direktoru
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Elmi işçi 400-450 manat, elmlər doktoru 700 manat maaş alırsa, onların aqrar sektoru verəcəyi töhfə sual altındadır.
Ölkə.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin keçirdiyi ictimai dinləmədə Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev deyib.
O bildirib ki, qurumda 5 ildir rəhbər kimi fəaliyyət göstərir: "Bu günə qədər tədbirlər keçirmişik, amma təəssüflər olsun ki, deputatlarımız orada iştirak etməyib. Ümid edirəm ki, bugünkü dinləmədən sonra aqrar sektor və Milli Məclis arasında körpü daha da güclənəcək. Düşünürəm ki, belə tədbirlər sözügedən sahədə kadr çatışmazlığı həll edəcək. Məlumat üçün deyim ki, təmsil etdiyim qurumda 300 nəfərdən çox işçi çalışır. Bunlardan 140 nəfəri elmi fəaliyyətlə məşğul olurlar. Onlardan 44 nəfəri elmlər namizədi, 8 nəfəri isə elmlər doktorudur.
Elmi-Tədqiqat İnstitutunun maddi-texniki bazası yüksək səviyyədə inkişaf edib. Lakin "Niyə kadr çatışmazlığı var?" sualının arxasında başqa səbəblər var. Bu, elmi-tədqiqat institutlarında çalışan gənclərin əməkhaqqı məsələsidir. Elmi işçi 400-450 manat maaş alırsa, bu gənc gələcəkdə aqrar sektora hansı töhfəni verə bilər? Bundan başqa, elmlər doktoru 700 manat maaş alırsa, düşünürəm ki, onun "H" indeksli məqalələrinin çap olunması sual altında olacaq.
Ümid edirəm ki, bu tədbirlərdən sonra sözügedən problemlər həll olunacaq".
Mürtəza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 19 Dekabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















