Icma.az
close
up
RU
Elnur Məmmədli: “Avropa çempionatındakı nəticələrimiz gözəl nailiyyətdir” MÜSAHİBƏ

Elnur Məmmədli: “Avropa çempionatındakı nəticələrimiz gözəl nailiyyətdir” MÜSAHİBƏ

Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədlinin “Report”a müsahibəsi

- Azərbaycan cüdoçuları Monteneqroda baş tutan Avropa çempionatını 1 gümüş və 4 bürünc medalla bitirdi. Nəticələri qənaətbəxş hesab etmək olar?

- Əlbəttə, gözəl nailiyyətdir. Ən əsası da odur ki, hər çəkidə medal qazandıq. Baxmayaraq ki, medalların əyarı gümüş və bürüncdür. Yeni adlar üzə çıxdı. Məsələn, Yusif Əhmədov (60 kq), Zelim Tçkayev (81 kq) ilk dəfə Avropa üçüncüsü oldular. Ötən il Elcan Hacıyev 90 kq-da Avropa çempionu titulunu qazanmışdı. Bu dəfə Murad Fətiyev eyni çəkidə üçüncü yeri tutdu. O, qəhrəmancasına güləşdi və zədələndi. Zelim Kotsoyev Olimpiya çempionumuzdur. Parisdə keçirilən Yay Olimpiya Oyunlarından sonra ilk yarışı idi. Finaldakı rəqibi isə olimpiadanın gümüş medalçısı idi. Gürcüstanlı cüdoçu olimpiadada finala qədər gəlibsə, deməli, güclüdür. Bu idmandır, biri udur, digəri uduzur. Əsas mübarizəni, yəni olimpiada kimi nəhəng yarışı biz qazanmışıq. Olimpiya çempionu, həm də vitse-prezident kimi deyə bilərəm ki, bu medal digərlərindən üstün və gözəldir. Zelim Avropa çempionatında ikinci olsa da, yaxşı mübarizə apardı.

- Amma qadın cüdoçular zəif nəticə göstərdilər…

- Qadın cüdoçular inkişafdadırlar. Bilirsiniz ki, “Qızlara ağ yaraşır” və sair kimi kampaniyalar keçiririk. Onları bu idman növünə cəlb etməyə çalışırıq. Düzdür, nəticə yoxdur, amma bu, son deyil. Ümid edirəm ki, növbəti yarışlarda bu çatışmazlıqlar aradan qalxacaq və qadın idmançılarımız dünya və Avropa çempionatlarında qızıl medal qazanaraq özlərini sübut edəcəklər. Təbii ki, bunun üçün zaman lazımdır.

- Baş məşqçi Rixard Trautman bu nəticələrdən sonra federasiyaya hesabat verib?

- Hesabat deyəndə, bu nəticələri gözəl nailiyyət kimi qiymətləndirirəm. Biri var bir çəkidə qızıl medal olsun və bununla da məsələ bitsin. Amma hər çəkidə medalın olması yaxşı nəticədir. Hələ Avropa çempionatında Hidayət Heydərov və Elcan Hacıyev güləşmədi. Güləşsəydilər, əlavə medallarımız da olacaqdı. Hidayət xəstəlik səbəbindən Avropa çempionatında iştirak edə bilmədi. Bizim üçün əsas məqsəd idmançının sağlamlığıdır. Bir yarışla həyat bitmir. Gələcəkdə turnirlərimiz olacaq.

- Ümumiyyətlə, Trautmanın yığmadakı işi ilə bağlı fikirləriniz necədir?

- Təbii ki, yaxşıdır. Trautman yaxşı məşqçi və performans direktorudur. Hər halda, yaxşıdır ki, bu gün işinə davam edir.

- Hidayət Heydərovun son durumu necədir?

- Yaxşıdır. Allahın köməyi ilə xəta-bəla olmasa, dünya çempionatında çıxış edəcək.

- Murad Fətiyevin zədə səbəbindən qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcəyi müəyyənləşib. Onun yoxluğunu ciddi itki hesab etmək olar?

- Şübhəsiz, son Avropa çempionatının üçüncüsüdür, güclü idmançıdır. Onun çıxış etməməsi bizim əlimizdə deyil. Lakin federasiya olaraq dərhal duruma müdaxilə etdik, hazırda müalicə alır. Əsas məqsəd 2028-ci ildə keçiriləcək olimpiadaya qədər komandanın tam püxtələşməsidir. Vaxtımız var, həvəsdən düşməyəcəyik. Fətiyevə ayrıca məşq proqramı veriləcək. Bərpa olduqdan sonra yığmaya qatılacaq.

- Dünya çempionatında şanslarımızı necə dəyərləndirirsiniz?

- Heç vaxt medal sayı deməmişəm, demərəm də. Çünki bu cüdodur və əvvəlcədən heç nəyi bilmək olmur. Digər idman növlərində 4 xal geridə olsan, yenidən hesabı bərabərləşdirmək mümkündür. Amma cüdoda çətin məsələdir. Hesabda öndə olan vaxt ipponla uduza bilərsən. Əlbəttə, hər bir idmançıdan yaxşı performans, qızıl medal gözləyirik. Həmçinin digər ölkələrin idmançıları da məşqlər edirlər, təhlillər aparırlar, hazırlaşırlar. İnanıram ki, milli üzvləri ölkəmizi layiqli şəkildə təmsil edəcəklər.

- Bir müddət öncə Avropa Cüdo İttifaqı tərəfindən Zelim Kotsoyev, Hidayət Heydərov və baş məşqçi Rixard Trautmanla yanaşı, siz də mükafata layiq görüldünüz. Bununla bağlı təəssüratlarınız necədir?

- Təbii ki, çox məmnunam və sevincliyəm. Bildiyiniz kimi, Hidayət Heydərov Avropanın ən güclü cüdoçusu seçildi. Ən yaxşı baş məşqçi isə Rixard Trautman oldu. Öz biliyimizi və dəstəyimizi idmançılardan əsirgəmirik. Çox şadam ki, Azərbaycanın cüdo yığması belə nailiyyətlər əldə edib. Mükafata o qədər də önəm vermirəm, əsas olan idmançılarımızın nailiyyətləridir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 May 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see171

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see157

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see141

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see139

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see134

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri