Icma.az
close
up
RU
Elnur Məmmədli: “Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım”

Elnur Məmmədli: “Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım”

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"O gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım".

İdman.biz xəbər verir ki, bu sözləri Elnur Məmmədli Pekin-2008 Olimpiadasındakı qələbəsini xatırlayarkən deyib.

“Böyük Dəbilqə” turniri ərəfəsində cüdo federasiyasının vitse-prezidenti olan məşhur cüdoçu Judoinside saytına danışıb.

Məmmədli Olimpiya medalının onu dəyişdiyini bildirib: " Yaxşılığa doğru dəyişdim. Küçədə, hər yerdə hamı məni tanıyır, yanlarından keçəndə baş barmaqlarını yuxarı qaldırırdılar. Həmin uğurdan sonra daha çox uşaq cüdo ilə məşğul olmağa başladı və bu idman növü daha da populyarlaşdı. Bu medal sayəsində həyatımı təmin edə bilmişəm. Həyat daha hamar və daha rahat olub, amma bunun üçün çox çalışmışam. Olimpiya oyunlarından sonra ölkə prezidentinin təşkil etdiyi şəxsi təyyarə ilə Bakıya qayıtmışdım. Bunlar inanılmaz xatirələrdir”.

O, qızıl medal qazanacağını yuxusunda gördüyünü deyir: “Yeddi yaşımda məşqlərə başlayanda bəzi insanlar böyük uğur qazanacağıma bəlkə də şübhə edirdilər. Amma özümün heç vaxt şübhəm olmayıb. Unudulmaz gün - 2008-ci il avqustun 11-i ərəfəsində qələbə qazanacağımı yuxumda görmüşdüm. Prezidentin mənə medal təqdim etdiyini və təbrik etdiyini görmüşdüm. Səhər oyananda təbaşir götürüb otağımdakı yazı lövhəsinə Olimpiya çempionu olacağımı yazdım. Digər idmançılarla, müxtəlif idman növlərindən olan dostlarımla danışdım və onlara çempion olacağımı dedim. Hamı bu sözləri eşidəndə şoka düşdü. Dedim və etdim”.

Məmmədli anasının sayəsində çempion olduğunu etiraf edir: “Anamın sayəsində olimpiya qızılını qazandım, o, həmişə məni ruhlandırırdı. 1992-ci ildə Nazim Hüseynov Azərbaycandan ilk Olimpiya çempionu oldu, amma onda o, MDB-ni təmsil edirdi. Anam dedi ki, müstəqil Azərbaycandan birinci çempion mən olacağam. Azərbaycan müstəqil ölkə kimi çıxış edəndən 2004-cü ilə kimi cüdoda Olimpiya medalı yox idi. Ona görə də 2008-ci il avqustun 11-də qalib gələndə müstəqil ölkəmiz üçün birinci çempion mən olmuşam. Bu, xüsusi bir hadisə idi.

Olimpiya çempionu uduzmağı ağlından belə keçirmədiyini bildirir: "Anam əsas amil idi, amma mən də uşaqlıqdan həmişə çempion olmaq istəmişəm. Cüdo getdikcə populyarlaşırdı, bu idman növündən xoşum gəlirdi. Təkcə Olimpiya oyunlarında deyil, kiçik və ya böyük olsun, istənilən yarışda həmişə birinci olmaq istəyirdim.
Bacarığıma tam inanırdım. Olimpiadada iştirak həyatımda böyük şans idi və onu əldən qaçırmayacağımı dəqiq bilirdim. Dünyada bir nömrə idim və bir il əvvəl Rioda dünya çempionatında gümüş medal qazanmışdım, o vaxt Dünya kuboku adlanan yarışlarda qalib olmuşdum. Qəti heç bir şübhəm yox idi: konsentrasiyam mükəmməl idi".

Məmmədli cüdo ailəsinin bir parçası olmaqdan qürur duyduğunu dilə gətirib: "Həmin gün qalib olmasaydım, özümü heç vaxt bağışlamazdım. Hər bir əsgər general olmaq arzusundadır. Hər bir cüdoçu Olimpiya çempionu olmaq istəyir. Hansı il qalib olmağın heç bir əhəmiyyəti yoxdur. Olimpiya çempionu oldunsa, ömürlük çempion olaraq qalırsan. Cüdo bu gün ən populyar idman növlərindən biridir, dünyanın 200-dən çox ölkəsində bu idman növü ilə məşğul olurlar. Bu da cüdonu populyarlaşdıran və onu bütün dünyada belə peşəkar zirvələrə çatdıran IJF prezidenti Marius Vizer və onun komandası sayəsindədir. Bunun bir parçası olmaqdan qürur duyuram”.

İdman.biz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 13 Fevral 2025 18:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri