Icma.az
close
up
RU
Elnur Rzayevin “yol əməliyyatı”: Ötən 1,1 milyon, indi də 1,3 milyon…

Elnur Rzayevin “yol əməliyyatı”: Ötən 1,1 milyon, indi də 1,3 milyon…

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Xaçmaz Rayon İcra Hakimiyyəti Xaçmaz və Xudat şəhərlərində avtomoibil yollarının əsaslı təmiri ilə bağlı keçiridyi tenderə yekun vurub.
Hurriyyet.az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, tenderin qalibi “İS.M.M.” MMC seçilib. Avtomobil yollarının təmirinə 1 351 385,25 manat xərclənəcək.
“İS.M.M.” MMC 2 aprel 2004-cü ildə qeydiyyata alınıb. Şirkət yaradılarkən nizamnamə kapitalı 10 manat olub. 2020-ci ildə şirkətin nizamnamə kapitalı 2 897 170 manata qədər artırılıb. “İS.M.M.” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Yasamal Rayonu, Əlövsət Quliyev küçəsi, ev 98, mənzil 15-də yerləşir. Şirkətin qanuni təmsilçisi Xudiyev Nadir Bilman oğludur.
Maraqlıdır ki, 2,8 milyonluq şirkət və qanuni təmsilçisi haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur. MMC-nin adicə veb-səhifəsi də fəaliyyət göstərmir.
Bununla belə, dövlət satınalmalarının vahid internet potalına yerləşdirilən elanlardan görünür ki, “İS.M.M.” MMC tenderlərdə fəal iştirak edir və adətən iri məbləğli müsabiqələrinin qalibi seçilir. Şirkətin qalib gəldiyi tenderlər adətən yol təmiri ilə bağlı olur.
“İS.M.M.” MMC Xaçmaz Rayon İcra Hakimiyyətinin tenderində qalib seçilməzdən az əvvəl Salyan Rayon İcra Hakimiyyətinin yolların əsaslı təmiri ilə bağlı keçirdiyi müsabiqənin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 766 767,3 manatdır.
Sentyabrın əvvəllərində isə şirkət Şabran İcra Hakimiyyəti Başçısının Şabran şəhər İcra Nümayəndəliyinin keçirdiyi tenderin qalibi seçilib. Bu tender üzrə də satınalma predmeti yolların əsaslı təmiri olub. Satınalma müqaviləsinin maliyyə dəyəri isə 350 384,76 manat təşkil edib.
Göründüyü kimi üç tender arasında zaman fərqi o qədər böyük deyil. Belə anlaşılır ki, şirkət təxminən eyni vaxtda üç rayonda yol təmir etməlidir. “İS.M.M.” MMC-nin texniki bazası haqqında heç bir məlumat olmadığından şirkətin bu işlərin öhdəsindən gələcəyini söyləmək bir qədər çətindir.
Xaçmaz Rayon İcra Hakimiyyəti ötən il də yolların əsaslı təmiri ilə bağlı tender keçirib. Bu tenderin qalibi “Topxana Layihə İnşaat” şirkəti seçilib. Şirkətin qiymət təklifi 1 154 482,26 manat olub. Ötən il 1,1 milyon xərclənərək əsaslı şəkildə təmir edilən Xaçmaz yollarında yenidən təmirə ehtiyac yaranması anlaşılan deyil.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayevdir. O, 2019-cu ildən rayona rəhbərlik edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Noyabr 2024 00:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri