Icma.az
close
up
RU
Elnur Zeynalov: “Ağdam Muğam Mərkəzində solo konsert verməyi düşünürəm”

Elnur Zeynalov: “Ağdam Muğam Mərkəzində solo konsert verməyi düşünürəm”

Reyting.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Azərbaycan prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərə növbəti səfəri çərçivəsində Ağdam Muğam Mərkəzinin təntənəli açılış mərasimində iştirak edib. Əsl mədəniyyət hadisəsinə çevrilən tədbirdə görkəmli elm və incəsənət xadimləri, tanınmış musiqiçilər qonaq qismində yer alıblar. Bədii hissədə səslənən ifalar mərasimə xüsusi gözəllik verib.

Həmin gün səhnəni bölüşənlər arasında Akademik Opera və Balet Teatrının solisti, tanınmış xanəndə, Əməkdar artist Elnur Zeynalov da olub. Ağdam torpağının yetirməsi açılış mərasimi ilə bağlı təəssüratlarını “Reytinq” qəzetinin oxucuları ilə bölüşüb:

“Ağdam Muğam Mərkəzinin açılışı bir daha göstərdi ki, erməni işğalından azad edilən bu şəhər təkcə yenidən dirçəlmir, ora həm də musiqi nəfəsi, muğam qayıdır. Bu anları yaşamaq, həmin tarixi anın iştirakçısı olmaq böyük xoşbəxtlikdir. Qüdrətli Ordumuz, onun Müzəffər Ali Baş Komandanı daim var olsun ki, bu sevinci bizə nəsib etdi. Tarixi Zəfərimizdə əməyi olan, canını-qanını əsirgəməyən şəhidlərimizi hörmətlə yad edirəm, düşünürəm ki, onların hər birinin ruhu şaddır. Mənim fikrimcə, Azərbaycan dövləti bir daha öz dəyişməz mövqeyini ortaya qoydu və sübut etdi ki, işğalçıları ərazilərindən qovmağı da, şəhər və kəndlərimizi abadlaşdırmağı və milli-mənəvi dəyərlərimizə, mədəniyyətimizə sahib çıxmağı da bacarır. Buna heç kimin şübhəsi ola bilməz! Ağdam Muğam Mərkəzinin açılışı mənim üçün həm də dövlətimizin gücünün, mədəniyyətimizin təntənəsinin nümayişi idi”.

Opera səhnəmizin Məcnunu, Aşıq Qəribi, Kərəmi olan Əməkdar artist açılış mərasiminin bədii hissəsində səhnədə keçirdiyi hissləri heç zaman unutmayacağını bildirib:
“Doğma Ağdamın Muğam Mərkəzində səhnəyə çıxmaq, musiqi ifa etmək inanılmaz xoşbəxtlikdir. Həmin an yaşadığım hissləri sözlə ifadə etməyə çətinlik çəkirəm. Prezidentimiz səhnəyə qalxıb bizimlə görüşdü, hamımıza uğurlar arzuladı, çox səmimi söhbət etdi.

Tədbirdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etməsinin də rəmzi bir mənası var, çünki Mehriban xanım bizim musiqimizin, muğamlarımızın hamisidir. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə muğam müsabiqələri keçirilir, yeni istedadlı gənclər peşəkar səhnəyə vəsiqə qazanır. İnşallah, Ağdam Muğam Mərkəzində də belə müsabiqələr, beynəlxalq festivallar keçirilər. İnanıram ki, ustad xanəndələrimiz, görkəmli sənətkarlarımız tez-tez bu səhnədə konsertlər verəcəklər. Mən özüm də Ağdam Muğam Mərkəzində solo-konsert verməyi düşünürəm. Sağlıq olsun, yaxın gələcəkdə bu istəyim də həyata keçsin”.
V. QULİYEV
Reyting.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://reyting.az
archiveBu xəbər 13 May 2025 16:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see252

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see239

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see218

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see212

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see181

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see166

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see162

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see155

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see154

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see152

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see151

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see150

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see143

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see142

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see142

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see141

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see138

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see137

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see136

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri