Icma.az
close
up
RU
Elşad Quliyev: Çempionlar Liqasında əsas hədəfimiz finalda oynamaqdır

Elşad Quliyev: Çempionlar Liqasında əsas hədəfimiz finalda oynamaqdır

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Azərbaycanı minifutbol üzrə Çempionlar Liqasında təmsil edəcək "Zirə"nin əsas hədəfi finalda oynamaqdır.

İdman.biz xəbər verir ki, bunu "Report"a açıqlamasında komandanın baş məşqçisi Elşad Quliyev deyib.

Mütəxəssis hazırlıq prosesi haqqında da danışıb: "Asan olmayacağını düşünürəm. Çünki güclü komandalar iştirak edirlər. Demək olar hər birinin heyətində çıxış edənlərin əksəriyyəti milli üzvləridir. Yaxşı nəticə ilə qrup mərhələsini adlamağa çalışacağıq. Əsas hədəfimiz qrupdan itkisiz çıxmaq və Çempionlar Liqasının finalına qədər irəliləməkdir. Hazırlıq prosesinə gəlincə, ay yarımdır məşqlərə başlamışıq, fiziki məşqləri bitirmişik. Həftəsonu "Birbaşa Bakı" və "Aznur"la yoxlama oyunları keçirməyə çalışacağıq. Növbəti həftədən isə belə matçların sayını çoxaltmaq, heyəti tam komplektləşdirmək niyyətindəyik. Azərbaycan çempionatı daha tez başlasaydı, bizim üçün nisbətən rahat olardı. Ümid edirəm ki, Minifutbol Federasiyası gələcəkdə bunu nəzərə alacaq. Bir neçə oyun keçirdikdən sonra yarışa yollananda komanda daha yaxşı formada olur".

Məşqçi oyunların sıx qrafikdə keçiriləcəyinə görə narahatlığını ifadə edib: "Oyunlar sıx qrafikdə, yəni qısa müddət ərzində keçiriləcək. Ona görə də çətinlik yaşayacağımızı düşünürəm. Həmçinin digər klublar üçün də durum eynidir. Arzu etmədiyimiz bir formatdır. Bu məsələni təşkilatçılar qarşısında qaldırmağı düşünürük. Qrupdan çıxsaq, hər gün iki oyun keçirməli olacağıq. Heyətdəki meydan oyunçularının üzərinə böyük yük düşəcək. Yaxşı hazırlaşırıq, hər cür şəraitimiz var. Heyətə gənc futbolçular götürmüşük. Komandanın demək olar 50 faizini yeniləmişik. Daha sürətli kollektiv formalaşdırmaq, gələcəkdə milliyə gənc oyunçular qazandırmaq istəyirik. Komandamız yenidir, amma istənilən halda çətinliklərə baxmayaraq, məqsədimiz finalda oynamaqdır. Bunların öhdəsindən gələcək gücdəyik".

O, qrupda yer alan rəqibləri də dəyərləndirib: "Qrupumuzda yer alan Slovakiya komandası güclüdür. Oyunçularını tanıyırıq. Heyətin əsası milli üzvlərindən təşkil olunub. Yığma səviyyəsində Slovakiya komandasına qarşı bir neçə çətin oyun keçirmişik. İsrail klubu da yaxşıdır. Amma Macarıstan təmsilçisini tanımırıq və heyəti ilə bağlı məlumatımız yoxdur. Ümumilikdə rəqiblərin bizdən güclü olduğunu deməzdim".

E.Quliyev Azərbaycanın digər klubları "Birbaşa Bakı" və "Aznur"un da çətin qrupa düşdüyünü vurğulayıb: "Fikrimcə, Azərbaycan komandalarından "Birbaşa Bakı" ən çətin qrupa düşüb. "Aznur"un da rəqibləri zəif deyil. Qarşılaşacaqları komandalar arasında İspaniya təmsilçisi də var. Ümumiyyətlə, hər üç qrup çətindir".

Qeyd edək ki, "Zirə" C qrupunda "Red Meat Afula" (İsrail), "MF 22 Jakmart Humenne" (Slovakiya) və "Budapeşt" (Macarıstan) klubları ilə qarşılaşacaq.

Çempionlar Liqası sentyabrın 17-dən 21-nə qədər Bolqarıstanın paytaxtı Sofiyadakı Boyana Futbol Mərkəzində təşkil olunacaq.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:222
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 02 Sentyabr 2025 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see357

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see346

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see337

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see324

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see317

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see309

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see299

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see291

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see287

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see257

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see241

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see237

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see228

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see225

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see220

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see205

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see196

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see194

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see189

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri