Elşad Quliyev: “Qrup lideri olmaq niyyətindəyik”
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında növbəti mərhələyə vəsiqə qazansa da, qrupu lider kimi bitirmək istəyir.
İdman.Biz-in Report-a istinadən məlumatına görə, bu barədə minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev bildirib.
Mütəxəssis İtaliyaya 3:0 hesabı ilə qalib gəldikləri F qrupunun ikinci matçı ilə bağlı fikirlərini bölüşüb: “Gözəl oyun alındı. Futbolçularımı təbrik edirəm. Oyundan-oyuna daha yaxşı oluruq. Belə davam etmək niyyətindəyik. Rəqib yaxşı kollektivdir. Lakin sürəti artıran kimi üstünlüyümüzü artıra bildik”.
O, üçüncü turdakı qarşılaşmaya da toxunub: “Fransa yaxşı yığmadır. Daha əvvəl onlara qarşı oynamışıq. İnanıram ki, həmin qarşılaşmada da özümüzü göstərə biləcəyik. Qrup lideri olmaq niyyətindəyik. Növbəti mərhələyə vəsiqə qazanmışıq, amma qrupu daha yaxşı nəticə ilə bitirə bilərik”.
Xatırladaq ki, ötən gün Avstriyaya minimal hesabla (1:0) qalib gələn komandamız mayın 30-da Fransa ilə qarşılaşacaq. Azərbaycan millisi hazırda F qrupunda 6 xalla liderdir. Fransa 4 xalla ikinci, İtaliya 1 xalla üçüncüdür. Hər iki görüşdə uduzan Avstriya dördüncü sıradadır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:158
Bu xəbər 29 May 2026 20:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















