Icma.az
close
up
RU
Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

Elşad Xose Oksananı döyməsindən və narkotikdən danışdı (VİDEO MÜSAHİBƏ)

Baku.ws portalından alınan məlumata görə, Icma.az xəbər verir.

BAKU.WS qalmaqallı reper Elşad Xose ilə müsahibəni təqdim edir. "Aristokrat Travel"in dəstəyi ilə reallaşan müsahibədə reper indiyədək mətbuata açıqlamadığı şok fikirlər bildirib. O, narkotikə necə qurşanmasından, həbsxana həyatından və Oksana ilə olan münasibətlərindən indiyədək heç yerdə demədiyi açıqlamaları ilə yadda qalıb. - Elşad kefin-əhvalın necədir? - Şükür Allaha. Buna da şükür.- Elşad illərdir yeni mahnın yoxdur, buna səbəb nədir? - Sözün açığı mən dəfələrlə bunu qeyd etmişəm ki, əvvəlki həvəsim qalmayıb. Bilmirəm böyüyürükmü və ya qalmaqal və inkişafın olmamağıdandır. Son 5 ildə ümumiyyətlə yeni bir iş olmayıb. - Azərbaycanda repin vəziyyəti nə yerdədir? - Azərbaycanda repin karifeyləri bir az ağır səslənsə də demək olar ki, heç biri işləmir. Mən də onlara aid etmək olar. Cavan, istedadlı reperlərin də ki, özlərini göstərməyə meydan, efiri yoxdur. Durğunluq, sakitlik dövrüdür. 2000-ci illərin rep ab-havasına baxanda və bu günkü mənzərə ilə müqayisə etdikdə görürünür ki, bu günkü rep sıfır vəziyyətindədir. - Repdən- aktyorluğa keçmisən? “Mələyin Öpüşü” filmi sənin fikrincə uğurlu oldumu?- Əvvəllər də özümdə aktyorluğu görürdüm. Amma deyilənə görə, bu gözləniləndən artıq oldu. Çünki işim hamının xoşuna gəldi. Uğurlu oldumu deyəndə isə, keyfiyyətli, ortalığa çıxılası bir iş var və biz bu işdə iştirak etmişik. Dahi aktyor Fuad Poladov kimi insanla bir filmdə çəkilmişik. Mənim üçün təkcə bu böyük bir uğurdur. Bundan o tərəfi yoxdur.- Əjdahanın başını kəsmək necə bir hissdir? -Vay... Vay... Vay... Bu əjdahanın başı deyəsən illər keçəcək aktual mövzu olaraq da qalacaq. O günlərə qayıtsaq deyərdim ki, dostum Raufun bu oyunda səhvini düzəltmək lazım idi. Düzəltdik də. Əjdahanın başını kəsmək gözəl bir hissdir.- Qadında səni cəlb edən nədir? - İlk növbədə sima. Sima və göz. Çünki ilk baxışdan xanımın savadını bilmək olmur.- Qadına şiddətə necə baxırsan?- İnandırım sizi bəzən elə məqamlar olur ki, bu mümkündür. - Oksananı döydüyün deyilir. Həqiqət nə yerdədir? - Mütəmadi olaraq aramız dəyir, mübahisə edirik, amma burda elə də şişirdiləsi bir şey yoxdur. Elə də ciddi söz-söhbət olmayıb. - Narkotik qəbul etməyin arıqlamağına səbəb ola bilərmi?- 2000-ci ildən mən mütəmadi olaraq narkotiklərlə dostluq edirdim. Sözsüz ki, müəyyən çıxmaq şərti ilə. 2 il, 3 il, 4 il aralı qaldım, tərgitmişdim. Amma müəyyən anlarda fikir, depressiya gəlir yenə də narkotik məsələsi önə çıxır. Amma bu 17 il ərzində mən bu dərəcədə arıqlamamışdısa, demək ki, arıqlamağımın narkotikə dəxli yoxdur. Ola bilər ki, hər hansı bir təsiri var amma ümumi arıqlamağımın günahı narkotik deyil. Çünki dəfələrlə elə pis periodlar olub ki, elə həmin vaxtlarda arıqlayardım. - Ateistlikdən namaza keçid yolun necə oldu?- Sözlərimi düz yozmayıblar. Amma Allaha sözsüz inanıram. Hər zaman da inanmışam. Dinlər, çərçivələr, fəlsəfələr bunlardan bir az uzağam. İndi kimdə Allahdır, kimdə Krişnadır, kimdə İsadı, kimdə nədi... Amma belə bir qüvvə var, bizi idarə edən bir qüvvə... Biz ona tabeyik və biz onu dərk edə bilmərik. Çünki biz yaradılmışıq, o isə yaradandır. Yaradılan kəs yaradanını dərk edə bilməz. - Həbsxanada sənə qarşı münasibət necə idi?- Sizə deyim ki, utanılası bir şey də yoxdur, fəxr ediləsi də. Sadəcə olaraq həyat belə gətirdi ki, müəyyən zamanda mən həbs edildim. Mənim kimi yaradıcı insan 4 divar arasında təklikdə qaldı. Dəyib-dolaşan yox idi, yaradılıcılıqla məşğul ola bilirdim. Repertuarımda olan bir-iki tanınmış, xoşagələn mahnı var ki, (“Atalar Üçdən Deyib”, “Xüsüsən”) mən elə onu həbsxanada yazmışam. 2007-ci ildə mən 8-10 gün həbsxanada oldum və sonra zaminə buraxıldım. Yadımda qalan o oldu ki, həmin ərəfələrdə çox böyük əks-səda doğuran məhkəmə-cinayət işləri var idi. Elə gətirdi ki, mənimlə üzbəüz kameralarda, eyni korpusda yetərincə tanınmış insanlar idi. Keçmiş nazirlər, generallar, rəislər... Mənim yaddaşımda maraqlı kimi qalan həmin elə o şəxslər olub. Çünki biz ünsiyyət qurub onlarla mütəmadi olaraq söhbətləşirdik. - Karyeranı bitirməyi düşünürsən? - Mən repə ümiyyətlə iş kimi yox hər zaman məşğuliyyət kimi baxmışam. Ona görə də, mən karyeramı bitirsəm də yenə də yazı-pozu ilə məşğul olacam. Amma bu yaxınlarda hesabat konserti ilə qarşınıza gələcəm. “Vida” konserti keçirmək istəyirəm. Artıq 20 ildir ki, səhnədəyəm və bu bütün 20 ili əhatə edən hesabat konserti verəcəm.- Gündəmin nəbzini tutan “oyaq” reperlər kimlərdir?- Miri Yusif zamanın nəbzini tutub və çox gözəl işləyir. Miri Yusif elə öncədən də işgüzar olub. Sadəcə Namiq Qaraçuxurlu kimi Miri Yusif də başa düşdü ki, repdən, meyxanadan bir şey çıxmaz. Mahnıya keçmək lazımdır.- Gənc reperlərdən kimi qəbul edirsən? - Okaber, Orxan "Qarabasma", özünü tanımasam da "EKSPERT" var və sözsüz ki, həyatda dostum “Dado” ləqəbli Səidimiz var. - Gözlərindəki parıltı sanki sönüb. Buna səbəb nədir? - Adətən o gözdəki parıltı ölümə yaxın halda itir. Həyatımın son dəqiqələrini yaşayan bir insan kimi görünürümsə əgər o başqa məsələ. Gözlərimdəki o qığılcım yoxdursa yəqin ki, yaxın gələcəkdə gələr. - Sonda nə demək istərdin?BAKU.WS saytı vasitəsilə demək istərdim ki, "Maşın şou"da məni dəstəklədiyiniz üçün qarşınızda baş əyirəm. Hamıya salamlar. Minnətdaram. Öpürəm sizi.(c) BAKU.WSZümrüd Cavadova \ Çinarə VahabzadəSponsor: Aristokrat Travel
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:324
embedMənbə:https://baku.ws
archiveBu xəbər 16 Dekabr 2025 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see272

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see260

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see255

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see241

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see232

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see220

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see216

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see192

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see188

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see181

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see181

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see180

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see166

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see161

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see156

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see146

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see144

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see138

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see136

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri