Icma.az
close
up
RU
Eltən Törəçi yeni sənədli layihəsi ilə bağlı çağırış etdi

Eltən Törəçi yeni sənədli layihəsi ilə bağlı çağırış etdi

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Televiziya tamaşaçılarına “Səyyah”, “Çöldə Yaşam Öyüdləri” və Türk dünyasının müxtəlif ölkələrində çəkilmiş “Törənin İzində” verilişləri ilə tanış olan aparıcı və rejissor Eltən Törəçi, yeni sənədli layihəsi ilə bağlı sosial şəbəkədə müraciət edib.

Törəçi bildirib ki, çəkilişlərinə başlanılan “Qürbətdəki Yurddaşlarımız” proqramı üçün ailə hekayələri, arxiv materialları və fotoşəkillərin toplanmasına ehtiyac var.
Qərbi Azərbaycandan Anadoluya köçlərin izi ilə

Layihə XIX–XX əsrlərdə Qərbi Azərbaycanın İrəvan, Göyçə, Zəngibasar, Zəngəzur və digər bölgələrindən Osmanlıya köç etmiş soydaşlarımızın talelərinə işıq tutur. Məqsəd – parçalanmış ailələrin hekayələrini, qorunub saxlanmış xatirələri və unudulmuş bağları yeni nəsillərə çatdırmaqdır.

Eltən Törəçi bu barədə deyib:

> “Bu layihə yalnız tarixi faktların ekrana gətirilməsi deyil, həm də ailə xatirələrinin gələcəyə ötürülməsidir. Əgər evinizdə köhnə məktublar, sənədlər, fotoşəkillər və ya ata-baba hekayələri varsa, bizimlə bölüşməyiniz çox böyük dəyər daşıyır”
Layihənin dəstəkçiləri

“Qürbətdəki Yurddaşlarımız” ARB Media Qrup tərəfindən hazırlanır və Medianın İnkişafı Agentliyi ilə Audiovizual Şuranın dəstəyi ilə həyata keçirilir. Bu əməkdaşlıq layihənin tarixi həqiqətləri daha geniş auditoriyaya çatdırmasına imkan yaradacaq.

Çəkilişlər və yayımlanma

Proqramın çəkilişləri həm Azərbaycanda, həm də Türkiyənin müxtəlif bölgələrində aparılır. Yaxın vaxtlarda ARB TV, ARB24, Qafqaz TV, EL TV, Qərbi Azərbaycan TV və digər televiziya kanallarında nümayişi nəzərdə tutulur.

Ailə hekayəsini bölüşmək istəyənlər üçün əlaqə nömrəsi:
‪+994703079779‬

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri