Elton Conun oğulları hər iki ata ilə ictimaiyyət qarşısına çıxdı
Lent az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Böyük Britaniyalı müğənni və bəstəkar Elton Conun oğulları uzun müddətdən sonra ilk dəfə ictimaiyyət arasında görünüb.
Lent.az xarici mənbəyə istinadən xəbər verir ki, ifaçı və həyat yoldaşı, kanadalı rejissor və prodüser David Furniş, uşaqları yad gözlərdən uzaq tutmağa çalışırlar. Ancaq martın 3-ü gecəsi keçirilən "Oscar-2025" xeyriyyə gecəsində müğənni bu qaydanı pozub.
14 yaşlı Zakari və 12 yaşlı Elicah hər iki atası ilə birlikdə tədbirdə iştirak ediblər. Yeniyetmələr bu tədbirə kostyum geyərək, fotoqrafların obyektivlərinə xoş təbəssümlə poz veriblər. Artıq müğənninin oğullarının necə göründüyünü görmək mümkündür.
Qeyd edək ki, Elton Con 2005-ci ilin dekabrından bəri həyat yoldaşı David Furniş ilə evlidir və onu 1993-cü ildə tanıyıb. Cütlük, surroqat anadan istifadə edərək iki oğul böyüdür.
2009-cu ildə Elton Con, Ukrayna yetimxanasından bir uşağı övladlığa götürməyə çalışmışdı, ancaq bunun baş vermədiyi məlum oldu, çünki Ukraynada eyni cinsli evliliklər tanınmır.
Xatırladaq ki, martın 3-də Los-Ancelesdə "Oscar-2025" gecəsi keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 04 Mart 2025 17:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















