Icma.az
close
up
RU
Əlverişsiz hava şəraiti yollarda qəza riskini artırır BDYPİ

Əlverişsiz hava şəraiti yollarda qəza riskini artırır BDYPİ

Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Son günlər qeydə alınan ağır yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, mövsümlə əlaqədar havaların yağıntılı keçməsi, xüsusilə səhər və axşam saatlarında müşahidə edilən məhdud görmə şəraiti yollarda qəza riskini əhəmiyyətli dərəcədə artırır. Sürücülər tərəfindən əlverişsiz hava şəraitinin, yolların sürüşkənliyinin nəzərə alınmaması, sürət həddinin düzgün seçilməməsi, enişli-yoxuşlu yollarda və sərt döngələrdə lazımi ehtiyat tədbirlərinin görülməməsi, kəskin manevr və ya tormozlama, eləcə də digər qəbuledilməz davranışlar baş verən qəzaların həm sayına, həm də ağırlıq dərəcəsinə birbaşa təsir göstərir.

Bu barədə SİA-ya Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindən məlumat verilib.

“Təəssüf ki, yol qəzaları nəticəsində ailələr dağılıb, valideynlər övladlarını, övladlar valideynlərini, insanlar isə doğmalarını itiriblər. Halbuki bu qəzaların böyük bir hissəsinin qarşısını almaq mümkün idi. Səhlənkarlıq, tələskənlik, etinasızlıq və düşünülməmiş davranışların nəticəsi isə bəzən bir ömür boyu silinməyən ağrılara çevrilir.

Odur ki, bir daha sürücülərə müraciət edir və onları əlverişsiz hava şəraitində daha məsuliyyətli davranmağa, sürət həddini yol və hava vəziyyətinə uyğun seçməyə, normadan artıq ara məsafəsi saxlamağa, nəqliyyat vasitəsinin texniki sazlığına, xüsusilə şinlərin, işıq cihazlarının və şüşəsilənlərin işlək vəziyyətdə olmasına ciddi nəzarət etməyə, həmçinin digər yol hərəkəti iştirakçılarına, xüsusilə piyadalara qarşı daha ehtiyatlı və humanist münasibət göstərməyə çağırırıq.

Unutmayaq ki, sükan arxasında verilən hər bir qərar təkcə öz həyatımıza deyil, başqalarının da taleyinə birbaşa təsir edir”, - məlumatda vurğulanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:235
embedMənbə:https://sia.az
archiveBu xəbər 11 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see328

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see309

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see299

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see296

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see289

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see279

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see259

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see256

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see249

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see248

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see245

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see241

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see235

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see235

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see233

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see225

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see213

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see207

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see195

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri