Elvin Cəfərquliyev: Rumıniya klubu ilə oyunda qələbə üçün əlimdən gələni edəcəyəm AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 22 yanvar, AZƏRTAC
"Matça çox ciddi hazırlaşmışıq".
AZƏRTAC xəbər verir ki, bu sözləri "Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev UEFA Avropa Liqasının əsas mərhələsində Bakıda Rumıniyanın FKSB klubuna qarşı keçirəcəkləri VII tur oyunundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, rəqibi yaxşı analiz etdiklərini bildirib: "Şanslardan maksimum istifadə edib, qələbə qazanmaq istəyirik. Doğma meydanda xalqımızı sevindirmək niyyətindəyik. Yeni ildə Avropa Liqasında ilk oyunumuza çıxacağıq. Özümü çox yaxşı hiss edirəm. Qələbə üçün əlimdən gələni edəcəyəm".
Qeyd edək ki, yanvarın 23-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – FKSB matçı saat 21:45-də başlayacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 22 Yanvar 2025 14:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















