Icma.az
close
up
RU
Elvin Cəfərquliyev yenidən parlaya bilər! meneceri yeni klubu haqda nə dedi?

Elvin Cəfərquliyev yenidən parlaya bilər! meneceri yeni klubu haqda nə dedi?

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

Elvin Cəfərquliyev... “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov onu əvəzedici komandaya sürgün edənə qədər ən yaxşı azərbaycanlı futbolçu ünvanına sahib idi. Özü də təkcə gözəyarı qiymətləndirmələrlə deyil, “Futbol+”in hər il keçirdiyi nominasiya üzrə futbol ictimaiyyəti tərəfindən bu ada layiq görülmüşdü. Etiraf edək ki, həmin sorğunun nəticəsi tam ədalətliydi. Elvin həqiqətən də 2025-ci ildə möhtəşəm, hətta çəkinmədən qeyd edə bilərik ki, qüsursuz çıxışla yadda qalmışdı. İstər “Qarabağ”da, istərsə də millidə. Müdafiəçinin 2026-cı ilə də uğurla start verdiyini vurğulamalıyıq. Cari ildə Çempionlar Liqasının əsas mərhələsində “Ayntraxt”, “Liverpul” və “Nyukasl”a qarşı oyunlarda forma geyən futbolçu premyer-liqada 10, ölkə kubokunda 2 matç keçirdi. Əlbəttə, Elvinin əsas komandadan uzaqlaşdırılmasının həmin oyunlarla bağlı olmadığını bilirik. Xoşagəlməz hadisə Elvinin istirahət vaxtını düzgün dəyərləndirməməsiylə bağlıdı. Hər halda, necə deyərlər, köhnə dəftərləri vərəqləmək heç kimə, eləcə də bizə fayda verməyəcək. Axı bu mövzuya dəfələrlə toxunmuşuq. İndi ancaq və ancaq gələcəyə, Elvinin karyerasını harda davam etdirəcəyinə köklənmək lazımdı. Çünki “Qarabağ”ın, daha dəqiqi, Qurban Qurbanovun onu bağışlamayacağı bəllidi.
Bəs, futbolçu hazırda nə ilə məşğuldu? Danışıq apardığı klublar varmı? Xatırlayırsızsa, Elvinin meneceri Tural Əsgərli bir neçə həftə əvvəl qəzetimizə açıqlamasında Cəfərquliyev üçün rəsmi təklif olmadığını bildirmiş, ancaq onun legioner həyatı yaşamaqda maraqlı olduğunu dilə gətirmişdi. Millinin Avstriya toplanışının başa çatdığını, “Qarabağın srağagün təlim-məşq toplanışına başladığını nəzərə alıb, yenidən Tural bəyə müracət etdik və bu dəfə də eyni cavabı eşitdik: “Mövcud vəziyyətdə dəyişiklik yoxdu. Elvin üçün hələ də hansısa klubdan rəsmi təklif alınmayıb. Bəli, millinin toplanışı sona çatıb. Amma onsuz da Qurban Qurbanov yığmada çıxış edən futbolçulara istirahət üçün vaxt verib. Bu üzdən “Qarabağ”ın Elvin olmadan təlim-məşq toplanışına start verməsində qəribə nəsə yoxdu”.
Xatırladaq ki, “köhlən atlar”ın Elvinlə müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.
KƏNAN BAHADIR

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:249
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 İyun 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see378

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see371

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see361

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see361

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see359

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see341

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see340

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see323

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see321

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see318

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see306

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see303

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see299

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see290

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see271

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see269

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see255

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see220

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see220

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri