Elvin Cəfərquliyevlə bağlı yeni xəbər yayıldı: bu kluba keçir!
Modern.az saytından alınan məlumata görə, Icma.az bildirir.
“Qarabağ”da intizam qaydalarını pozduğuna görə, klubun əvəzedici heyətinə göndərilən müdafiəçi Elvin Cəfərquliyevlə bağlı yeni məlumat yayılıb.
Modern.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan iddialara görə, Elvin Cəfərquliyev "Neftçi" klubuna keçə bilər.
Məlumata görə, mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitən Cəfərquliyev "Neftçi" ilə 670.000 manat qarşılığında razılıq əldə edib.
İddialara görə, əslində “Qarabağ”da Elvin Cəfərquliyevə qarşı təzyiq bu səbəbdən başlayıb. Onun müqailəsi başa çatandan sonra azad oyunçu kimi “Neftçi”yə keçmək istəməsi hazırkı klubunda xoş qarşılanmayıb.
“Başqa sözlə, “səni biz yetişdirmişik, necə yəni pulsuz gedirsən?” deyərək müqaviləni uzatmasını istəyirlər ki, sonradan Cəfərquliyevi sata bilsinlər”, - deyə iddiada qeyd olunur.
Hələ ki nə “Qarabağ”, nə də Elvin Cəfərquliyevin özü bu iddiaya aydınlıq gətirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 24 Aprel 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















