Icma.az
close
up
RU
Elvin Məmmədov: Qarşıda oyunlar var, hər şey dəyişə bilər

Elvin Məmmədov: Qarşıda oyunlar var, hər şey dəyişə bilər

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Səbail" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində doğma meydanda "Qarabağ"a 1:4 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, "dənizçilər"in məşqçisi Elvin Məmmədov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Bilirdik ki, bizi ağır oyun gözləyir. "Qarabağ"ın gücü bəllidir. Uşaqlara təşəkkür edirəm ki, mübarizə apardılar. Çatışmazlıqları bilirik. Bundan sonrakı oyunlara hazırlaşıb, maksimum nəticələr əldə etmək istəyirik.

- Futbolçu kimi demişdiz ki, Birinci Liqada oynamaram. Məşqçi karyeranız Birinci Liqaya doğru gedir. Orada işləyərsiz?

- Rəhbərliyə təşəkkür edirəm ki, gənc yaşda bu şansı mənə verdilər. Mənim üçün təcrübədir. Sonranı bu dəqiqə fikirləşmək istəmirəm. Nə xeyirlidirsə, o da olsun. İndidən nəsə demək tezdir. Məşqçiliyə yeni başlayıramsa, niyə də olmasın? Bu gün ambisiyalı danışmağın yeri də yoxdur. Yeni başlamışam. 

- Matçın əvvəlində ardıcıl qollar olmasaydı, daha çox müqavimət göstərərdiz?

- "Qarabağ"ın gücü bəllidir, onlara qarşı maksimum hazırlaşmışdıq. Yaxşı mübarizə aparırdıq. Uşaqlara demişdik ki, "Qarabağ" səhvi bağışlamır. Keçidləri möhtəşəmdir. Futbolda səhv qaçılmazdır. Demirəm udacaqdıq, amma yaxşı mübarizə gedirdi. Qollar oyunu sındırdı. 

- Dediz ki, bu yaşda rəhbərlik sizə şans verib. Niyə belə düşünürsüz?

- Bəlkə bu da mənim təcrübəsizliyimdən irəli gəlir ki, fikrimi çatdıra bilmədim. İş təcrübəsi və kateqoriya baxımından deyirəm. Avropa futbolunda nə qədər gənc məşqçi var. 

- Şahin Diniyevdən sonra komandaya siz dəvət edildiz. Rəhbərlik sizi həmin vaxt saxlasaydı, vəziyyət başqa cür olardı?

- Bu barədə böyük-böyük danışmaq istəmirəm. Bəlkə bundan betər, ya daha yaxşı ola bilərdik. Gələcəyə baxmaq, bunun da altından qalxmaq lazımdır. 

- Belə çətin vaxtda özünüzə necə motivasiya verirsiz?

- Futbolçu olmuşam, bu çətinlikləri futbolçu kimi də yaşamışam. Sevdiyim işdir. Çətindir. Klubda rəhbərlikdən dəstək var. Ümid sonda ölür. Qarşıda oyunlar var. Hər şey dəyişə bilər. Zaman lazımdır. 

- "Kəpəz"lə xal fərqini aradan qaldırmağı şansa, möcüzəyə bağlayırsız?

- Futbolda hər şey mümkündür. 

- Cavid Hüseynov demişdi ki, rəhbərlik komandanın yanında deyil. İndi rəhbərlik komandanın yanındadır?

- Hər kəsin fikrinə hörmətlə yanaşıram. Cavid o sözləri deyibsə, öz aqrumenti var. Onun əvəzinə danışa bilmərəm. Birinci periodda da, indi də rəhbərlik yanımdadır. Onların dəstəyini hiss edirik. Hiss etdiriblər ki, buradayam.

Mirbağırağa

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://sportal.az
archiveBu xəbər 11 Aprel 2025 21:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri